Bu gün Kosta-Rikada prezident seçkilərinin ikinci turu keçirilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, prezident postu uğrunda mübarizə eyni soyada malik iki namizəd - Milli Dirçəliş Partiyasından Fabritsio Arvalado və Vətəndaş Hərəkatı Partiyasından keçmiş nazir Karlos Arvalado arasında gedir. Fevral ayında keçirilmiş birinci turda namizədlər müvafiq olaraq 24,99 və 21,63 faiz səs toplayıblar.
Qeyd edək ki, ölkə üzrə ümumilikdə 3,3 milyondan artıq seçici qeydiyyata alınıb.
Milli.Az