Kosta-Rikada ikinci turu aprelin 1-də keçirilən prezident seçkisinin ilkin nəticələri məlum olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, ilk yeri səslərin 60,6%-ni toplayan "Vətəndaş hərəkatı" partiyasından namizəd Karlos Alvarado tutur. Onun ən yaxın rəqibi, deputat Fabrisio Alvarado 39,3 % səs toplaya bilib.
Kosta-Rika prezidenti 4 il müdətinə seçilir. Yeni dövlət başçısı öz səlahiyyətlərinin icrasına may ayında başlayacaq.
Milli.Az