Havanın temperaturunun yüksəlməsi son günlər ictimai nəqliyyatda havalandırma sistemi məsələsini gündəmə gətirib.

““BakuBus”-a məxsus avtobuslarda pəncərənin açılmasını istəyən sərnişinlər sürücüyə müraciət etməlidir”.

Bunu Metbuat.az-a açıqlamasında “BakuBus” MMC-nin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.

Onun sözlərinə görə, sərnişinləri müraciəti sürücülər tərəfindən nəzərə alınır:

“Avtobusların salonundakı havalandırma və kondisonerlərin iş rejimi ilə bağlı onu qeyd etmək olar ki, bəli son vaxtlar günün müxtəlif saatlarında günəş bir az özünü göstərən kimi bəzi sərnişinlərimiz zəng edib kondisonerlərin işə salınmasını tələb edirlər. Ancaq nəzərə almaq lazımdır ki, bu məsələ avtobusda olan bir və ya bir neçə sərnişinin yox, çoxluğun istəyinə və ya tələbinə uyğun idarə olunur. Eyni zamnda, kondisonerlərin iş rejimi yay vaxtına keçidlə bağlı tənzimlənir. Hazırda avtobuslarımızda havalandırma sistemi işlək vəziyyətdədir və salondakı sərnişinlərin istəyinə uyğun olaraq yan pəncərələrin açılması və ya bağlı saxlanılması da mümkündür. Əlavə edim ki, hər hansı sərnişin avtobusun yan pəncərələrinin açılıb, yaxud bağlanmasının zəruri olduğunu düşünürsə yaxınlaşıb sürücüyə bununla bağlı müraciət edə bilər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Binəqədidə partlayan su borusu ilə bağlı - RƏSMİ AÇIQLAMA! – TIKLAYIN!