Rusiyanın növbəti silah partiyasının alınması üçün Ermənistana faizsiz kredit verəcəyi barədə xəbər yayılıb. Rusiya prezidenti Türkiyəyə səfər edib. Pentaqon və Ağ Ev Suriyaya 2 minlik yeni qüvvənin göndərilməsini müzakirə edir. ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada müstəqil və şəffaf istintaqın aparılması ilə bağlı qərarına veto qoyub. Moskva Qərbdə Rusiya diplomatlarının ixtisarını məqsədyönlü zərbə adlandırıb. Qərbi Saxara bölgəsində hər an döyüşlər başlaya bilər.

Rusiya növbəti silah partiyasının alınması üçün Ermənistana faizsiz kredit verəcək. Bu haqda Ermənistanın “Jamanak” qəzetinin mənbələri bildirirlər.

Onların sözlərinə görə, Rusiya Ermənistana silah almaq üçün üçüncü kreditini verməyə hazırlaşır.

“Əvvəlkilərdən fərqli olaraq, növbəti Rusiya krediti faizsiz olacaq və kredit çərçivəsində alınması planlaşdırılan “İsgəndər” taktiki-raket komplekslərinin Azərbaycanla sərhəd bölgələrdə yerləşdirilməsi nəzərdə tutulur”, - qəzet yazıb.

Bu informasiyanı Ermənistan Müdafiə Nazirliyi “Sputnik” agentliyi təkzib etməyib. Amma məsələ burasındadır ki, Ermənistanın “Yerkramas” nəşrinin hərbi mənbələri “İsgəndər” raketlərinin alınması versiyasını təsdiq etməyiblər.

Ermənistanın bir neçə saatlıq BLEFİ, müharibə elanına bərabər HƏMLƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın Azərbaycana qarşı “İsgəndər” oyununun ÜSTÜ AÇILDI – Bir neçə saatlıq BLEF