Prezidentdən SƏRT MESAJ, 300 illik müharibənin DAVAMI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
198 baxış·6 dəq oxu
Bakıda Qoşulmama Hərəkatı çərçivəsində “Davamlı
inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi”
mövzusunda aralıq nazirlər konfransı keçirilir.Yunanıstan
və Türkiyə arasındakı gərginlik hər keçən gün artmaqdadır.Rusiya İŞİD liderinin gizləndiyi ehtimal edilən ölkəni
açıqlayıb.Ukraynanın şərqində terrorçuluğa qarşı
əməliyyat mayda başa çatacaq.
“Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır,
yalnız bundan sonra regiona sülh gələ bilər”. Bunu
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində
Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və
təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər
konfransında bildirib.
Prezident: “Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır" - FOTOLAR (YENİLƏNDİ)
"Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll
olunmalıdır. Biz bunu ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də
deyirik". Bunu Bakıda səfərdə olan Türkiyənin XİN
rəhbəri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu jurnalistlərin "Türkiyə Afrindəki antiterror
əməliyyatını Qarabağda da keçirə bilərmi" sualını cavablandırıb. O,
ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib:
"Mən həmsədrlərə də demişəm ki, münaqişə sülh yolu ilə tez bir
zamanda həll olunmalıdır. Biz hər zaman, hər bir şəraitdə qardaş
Azərbaycanın yanındayıq. Tarix boyunca bizə ehtiyac olduğu təqdirdə
qardaşlarımızn yanında olmuşuq, bu gün də yanındayıq, sabah da
yanında olacağıq. Azərbaycan da hər zaman Türkiyənin
yanındadır".
Tel-Rıfat qısa müddətdə təmizlənəcək.
Bu barədə Türkiyənin hökumət sözçüsü Bəkir Bozdağ danışıb.
“Artıq orada əməliyyat başa çatmaq üzrədir, şəhər tezliklə azad
ediləcək. Biz istəyirik ki, Sincar və başqa bölgələr də
terrorçulardan təmizlənsin. Əgər bunu özləri etməsə, Türkiyə
edəcək”, - Bozdağ bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Tel-Rıfatın terrorçulardan
təmizlənməsi haqda xəbərlər yayılsa da, Türkiyə lideri Ərdoğan
şəhərin hələ azad edilmədiyini demişdi.
Suriyada Şərqi Qutanın terrorçu qüvvələrdən azad
edilməsi əməliyyatlarında son mərhələyə gəlinib.
Artıq Suriya ordusunun hədəfləri yeni istiqamətlərə yönəlir.
Belə ki, ordu Şərqi Qutanın böyük bir qismini nəzarəti altına
aldıqdan sonra İdlibə hücuma keçəcək.
Suriyanın Şərqi Qutadan sonrakı HƏDƏFİ bəlli oldu - Qərbin kimyəvi silah təxribatları orduya əngəl olacaqmı?
Yunanıstan və Türkiyə arasındakı gərginlik hər keçən
gün artmaqdadır. Yunanıstanın müdafiə naziri Panos
Kammenos sonuncu bəyanatı ilə Türkiyəyə meydan oxuyub.
Türkiyəni “Yunanıstanı təxribata çəkməyə davam edən düşmən”
adlandıran yunan nazir Egey dənizindəki adalara və Türkiyə ilə
sərhəd bölgəsinə 7 min əsgər göndərdiklərini bildirib.
Qeyd edək ki, Egey dənizində bir sıra adalar və qayalıqlarla
bağlı Ankara və Afina arasındakı gərginlik onilliklərdir davam
edir. Türkiyə dənizdəki bəzi adalar və qayalıqları işğal edilmiş
hesab edir.
Ötən ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın
Yunanıstana səfərində bu məsələ ətrafında qalmaqal yaranıb. Daha
doğrusu, Ərdoğanla yunan həmkarı Prokopis Pavlopulos arasında
Lozanna müqaviləsi ilə bağlı mübahisə yaranıb.
Yunanıstan Türkiyəyə MEYDAN OXUDU: “Əsgərlərimizi göndərdik, cəsarətiniz varsa...”
Birləşmiş Ştatlar Yaxın Şərqdə müddətsiz hərbi
mövcudluğa bəraət qazandırmaq üçün idarə olunan xaos vəziyyətini
saxlamaq niyyətindədir. Bunu Moskvada keçirilən
beynəlxalq təhlükəsizlik üzrə konfransda çıxışı zamanı Rusiyanın
Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov deyib.
Yaxın Şərqdə qalmaq üçün.. - ABŞ-dan DƏHŞƏTLİ PLAN
Yaxın Şərq ölkələri İŞİD terror qruplaşması üzərində
qələbədən sonra da terrorçuların fəaliyyətindən əziyyət
çəkir. Bunu Qoşulmama Hərəkatı çərçivəsində Bakıda
keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və
təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər
konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
bildirib.
“İraq və Suriya xalqlarının müqaviməti sayəsində İŞİD-in ərazi
məğlubiyyətinə baxmayaraq, region əvvəlki kimi terror qruplarının
qalıqlarından, həmçinin şübhəli yerdəyişmələrdən əziyyət çəkir”, -
iranlı nazir deyib.
“İŞİD terror qruplaşmasının lideri Əbubəkr
əl-Bağdadi ehtimal ki, İraqda gizlənir”. Bu haqda
Rusiya Baş qərargahının (QRU-unun) Baş kəşfiyyat idarəsinin
başçısının birinci müavini, vitse-admiral İqor Kostyukov
bildirib.
“Əl-Bağdadi, ehtimal ki, İraqdadır. Suriyada qalmaq onun üçün
çətin olar”, - o qeyd edib.
Vitse-admiral əlavə edib ki, İŞİD-in başçısının olduğu yer dəqiq
məlum deyil. Onun sözlərinə görə, Bağdadini bir çox ölkənin xüsusi
xidmət orqanları tutmağa çalışır.
Ağ Ev Rusiya prezidenti Vladimir Putinin yaxın
ətrafında yer alan bir neçə Rusiya oliqarxına qarşı yeni
sanksiyaları tətbiq etməyə hazırlaşır. Amerikalıların
fikrincə, sözügedən oliqarxlar 2016-cı ildə ABŞ-da prezident
seçkilərinə müdaxilədə şübhəli bilinir. Jurnalistlərin məlumatına
görə, sanksiyalar həftə sonuna kimi tətbiq oluna bilər.
Həftə sonuna kimi… - ABŞ-dan Putinə AĞIR ZƏRBƏ
Baltikyanı ölkələrə hərbi kömək üzrə NATO-nun
səyləri Avropada təhlükəsizliklə bağlı vəziyyəti
yaxşılaşdırmır. Bunu Rusiyanın Xarici İşlər
Nazirliyinin başçının müavini Aleksandr Qruşko jurnalistlərə
bildirib.
ABŞ-ın ikili xətti davam edir: bir tərəfdən, şərq cinahının
gücləndirilməsi və müharibə meydanının yaradılması, digər tərəfdən
isə, hərbi büdcənin ümumi daxili məhsulun 2 faizinə qədər
artırılması barədə müttəfiqlərin qarşısına qoyulan tələblər. Burada
ABŞ-ın marağı açıq görünür: bu pul hər şeydən əvvəl Amerika
silahlarının əldə edilməsinə xərclənsin”, - Qruşko Moskvada
keçirilən təhlükəsizlik üzrə konfransda deyib.
Onun sözlərinə görə, Moskvanın mövqeyi bundan ibarətdir ki,
bütün bu səylər təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdırmır,
əksinə, zəiflədir.
Daha əvvəl Ağ Ev bildirib ki, ABŞ Baltikyanı ölkələrə 170 milyon
dollarqlı hərbi yardım göstərəcək. Bu yardım Estoniya, Latviya və
Litvanın təhlükəsizlik imkanlarını genişləndirməlidir.
Ukrayna və Rusiya arasında müharibə artıq 300 ildir
davam edir. Bunu “112 Ukrayna” telekanalının efirində
müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Yuri Qrimçak
deyib.
Məmur vurğulayıb ki, Rusiya əvvəlki kimi Ukrayna ərazisində
qeyri-stabillik yaratmağa çalışır. Qrimçak Rusiyanın 2014-cü ildə
hazırladığı “Troya” əməliyyatını xatırladıb.
“Ölkə daxilində vəziyyəti gərginləşdirmək cəhdləri indi də olur.
Kiyevdə, Odessada və Xarkovda. Amma Təhlükəsizlik Xidməti işləyir,
hər şey normaldır”, – o bildirib.
Qrimçak qeyd edib ki, ölkələr arasında qarşıdurma Ukraynanın
şərqində münaqişənin başa çatmasından sonra da davam edəcək: “Bu
qarşıdurma Donbasın azad olunmasından sonra da bitməyəcək. Onsuz da
müharibə davam edəcək. Müharibə 300 ildir gedir”.
Kiyevdə “Espresso” telekanalının binasının
yaxınlığında terror aktı Rusiya Baş qərargahının Baş Kəşfiyyat
İdarəsinin koordinasiyası ilə törədilib. Bu haqda
Ukrayna Təhlükəsizlik Xidmətinin başçısının müavini Viktor
Kononenko bildirib.
Ukraynalı deputatı rus kəşfiyyatı öldürmək istəyib – ŞOK İDDİA
Ukraynanın şərqində terrorçuluğa qarşı əməliyyat
mayda başa çatacaq. Bu haqda Ukrayna prezidenti Pyotr
Poroşenko Vinnitsa vilayətində regional KİV-in nümayəndələri ilə
görüşündə bildirib.
Müharibənin nə zaman bitəcəyinə gəlincə, dövlət başçısı bunun
çox mürəkkəb sual olduğunu vurğulayıb. Lakin onun sözlərinə görə,
dəqiq olan bir şey var.
Prezidentdən SƏRT MESAJ: “Müharibə bizim qələbəmizlə bitəcək”
Şimali Koreya lideri Kim Çen İn Rusiyaya gəlməsi ilə
bağlı Moskvadan dəvət alıb. Bunu jurnalistlərə
açıqlamasında ABŞ Milli Kəşfiyyatının direktoru Dsniel Kots
deyib.
“Düşünmürəm ki, biz hazırda söhbətin getdiyi konkret mərhələlər
haqqında məlumatlıyıq. Biz bilirik ki, o, Çinə Szinpinlə danışıqlar
üçün getdi. Biz onun Rusiyaya dəvət edildiyini də bilirik. ABŞ
xüsusi xidmət orqanları Kim Çenin Rusiyada hansı məsələləri
müzakirə edəcəyini öyrənmək istəyir. Ümid edirik ki, bunu öyrənə
biləcəyik”, - deyə o bildirib.
Lakin Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar
üzrə səfiri Oleq Burmistrov jurnalistlərə bildirib ki, Moskvada
Şimali Koreya liderinin Rusiyaya dəvət edildiyi barədə informasiya
yoxdur.