Seulun mərkəzi məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Pak Kın Xeni 24 il azadlıqdanm məhrum edib.
Publika.az xəbər verir ki, bu haqda “Renxap” agentliyi bildirib.
O həmçinin 18 milyard von (təxminən 17 milyon dollar) məbləğində cəriməni ödəməlidir.
Qeyd edək ki, Cənubi Koreya prokurorluğu keçmiş prezidentin 30 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. O, korrupsiya, sui-istifadə və dövlət sirrinin yayılmasında ittiham olunurdu.
Ömər