Qarabağda yeni MÜHARİBƏ, məxfilikdən çıxarılan "TROYA"… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
232 baxış·15 dəq oxu
Bakıda Qoşulmama Hərəkatı çərçivəsində “Davamlı inkişaf
naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi”
mövzusunda aralıq nazirlər konfransı keçirilib. Rusiyanın növbəti
silah partiyasının alınması üçün Ermənistana faizsiz kredit
verəcəyi barədə xəbər yayılıb. Ankarada Suriya üzrə üçtərəfli
sammiti keçirilib. Çinin və ABŞ arasında ticarət müharibəsi
genişlənir. "Skripal işi" üzrə qalmaqal davam edir. ABŞ Rusiyaya
qarşı sanksiyaları genişləndirib. ABŞ-ın Milli Təhlükəsizlik
Şurasının iclasında Suriya ilə bağlı qərar qəbul edilib. Yunanıstan
və Türkiyə arasındakı gərginlik hər keçən gün artmaqdadır. Rusiya
İŞİD liderinin gizləndiyi ehtimal edilən ölkəni
açıqlayıb.
Azərbaycan, Dağlıq Qarabağ
“Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır,
yalnız bundan sonra regiona sülh gələ bilər”. Bunu
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində
Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və
təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər
konfransında bildirib.
Prezident: “Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır" - FOTOLAR (YENİLƏNDİ)
Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən
“Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq
edilməsi” mövzusunda aralıq nazirlər konfransının yekun sənədində
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ öz
əksini tapıb. Bunu Azərbaycan xarici işlər naziri
Elmar Məmmədyarov toplantının yekunlarına dair keçirilən mətbuat
konfransında deyib.
Qoşulmama Hərəkatı nazirlər konfransının yekun sənədində DQ münaqişəsi ilə bağlı məsələ əksini tapıb
“Dağlıq Qarabağ ətrafında indiki vəziyyət istər
Azərbaycan, istərsə də dünya birliyi üçün məqbul
deyil”. Bunu Azərbaycan prezidenti İlham Əliyev
Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci
müavini Mixail Qusmana müsahibəsində bildirib.
İlham Əliyev Qarabağ probleminin həll olunmamasının başlıca səbəbini AÇIQLADI
"Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll
olunmalıdır. Biz bunu ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də
deyirik". Bunu Bakıda səfərdə olan Türkiyənin XİN
rəhbəri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu jurnalistlərin "Türkiyə Afrindəki antiterror
əməliyyatını Qarabağda da keçirə bilərmi" sualını cavablandırıb. O,
ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib:
"Mən həmsədrlərə də demişəm ki, münaqişə sülh yolu ilə tez bir
zamanda həll olunmalıdır. Biz hər zaman, hər bir şəraitdə qardaş
Azərbaycanın yanındayıq. Tarix boyunca bizə ehtiyac olduğu təqdirdə
qardaşlarımızn yanında olmuşuq, bu gün də yanındayıq, sabah da
yanında olacağıq. Azərbaycan da hər zaman Türkiyənin
yanındadır".
Ermənistan
Rusiya növbəti silah partiyasının alınması üçün
Ermənistana faizsiz kredit verəcək. Bu haqda
Ermənistanın “Jamanak” qəzetinin mənbələri bildirirlər.
Onların sözlərinə görə, Rusiya Ermənistana silah almaq üçün
üçüncü kreditini verməyə hazırlaşır.
“Əvvəlkilərdən fərqli olaraq, növbəti Rusiya krediti faizsiz
olacaq və kredit çərçivəsində alınması planlaşdırılan “İsgəndər”
taktiki-raket komplekslərinin Azərbaycanla sərhəd bölgələrdə
yerləşdirilməsi nəzərdə tutulur”, - qəzet yazıb.
Bu informasiyanı Ermənistan Müdafiə Nazirliyi
“Sputnik” agentliyi təkzib etməyib. Amma məsələ
burasındadır ki, Ermənistanın “Yerkramas” nəşrinin hərbi mənbələri
“İsgəndər” raketlərinin alınması versiyasını təsdiq etməyiblər.
Ermənistanın Azərbaycana qarşı “İsgəndər” oyununun ÜSTÜ AÇILDI – Bir neçə saatlıq BLEF
“Rusiya üçün təhlükəsizlik sahəsində problemlər,
əvvəlki kimi, Erməntan üçün təhlükə təşkil edir. Ermənistan
hakimiyyəti bu gün təhlükəsizlik sisteminin qəfil dəyişikliyinə
hazır deyil və ya, ola bilər ki, təhlükəsizliyin başqa sistemləri
buna hazır deyil”. Bunu “Birinci İnformasiya” saytına
müsahibəsində beynəlxalq münasibətlər üzrə mütəxəssis Ağasi
Yenokyan deyib.
Mütəxəssis Gümrüdəki Rusiya hərbi bazasında hərbi polis
bölməsinin yaradılmasına da toxunub.
Qarabağda yeni müharibə, Ermənistanın İŞĞALI və... - Rusiya SİYASƏTİNİ DƏYİŞİR
Türkiyə, Yaxın Şərq, İran
Aprelin 3-də Ankarada Türkiyə və Rusiya Baş qərargah
başçıları – Hulusi Akar və Valeri Gerasimov arasında görüş
keçirilib.
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı
Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 3-4 aprel 2018-ci il tarixlərində
Ankaraya səfər edib. Ölkə liderləri Türkiyə-Rusiya
Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yeddinci iclasında iştirak
ediblər. Tərəflər S-400 zenit-raket komplekslərinin çatdırılmasının
tezləşdirilməsi mövzusunda razılığa gəliblər. Razılığa əsasən,
komplekslər 2019-cu ilin iyulunda çatdırılacaq. Daha əvvəl S-400
üzrə müqavilənin reallaşdırılmasına 2020-ci ildə başlanması
planlaşdırılırdı.
Liderlər videokonfrans formatında “Akkuyu” Atom Elektrik
Stansiyasının birinci enerji blokunun tikintisinə start verib.
"Düşmənlər Rusiya ilə Türkiyənin münasibətlərini
poza bilmədilər. Hər iki ölkə bu imtahandan uğurla
keçdi". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
deyib.
"Bəzi dairələr bizim Rusiya ilə münasibətlərimizi pozmaq
istədilər. Lakin biz bu imtahandan böyük uğurla çıxdıq. Və bizim
münasibətlər daha da gücləndi. Bu gün imzalanmış dörd saziş
münasibətlərimizi daha da gücləndirəcək", - deyə Ərdoğan rusiyalı
həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfrasında
bildirib.
Rusiyanın “Gazeta.ru” saytına danışan ekspertlər isə
Vladimir Putinin Ankara ilə münasibətləri daha çox fəal inkişaf
etdirmək arzusu haqqında nikbin deyillər. Müasir
Türkiyənin öyrənilməsi Mərkəzinin siyasi istiqamət üzrə rəhbəri
Yuri Mavaşev qeyd edir ki, türk tərəfiylə əlaqələrin
intensivləşdirməsi Rusiya üçün çətin beynəlxalq vəziyyətlə
bağlıdır.
Oxşar fikirləri Rusiya Elmlər Akademiyasının Şərqşünaslığı
İnstitutunun Yaxın və Orta Şərqin öyrənilməsi Mərkəzinin elmi
işçisi İlşat Sayetov ifadə edib.
Ərdoğanın GÖZƏL OYUNU və Cənubi Qafqaz gedişi – Bağlı qapılar arxasında NƏ BAŞ VERİR?
Aprelin 4-də Ankarada Türkiyə, Rusiya və İran
prezidentləri – Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən
Ruhaninin iştirakı ilə Suriya üzrə üçtərəfli sammit
keçirilib. Prezidentlər sammitdən sonra birgə mətbuat
konfransı keçiriblər.
Dünyanın gözü Ankarada – Prezidentlərdən AÇIQLAMALAR - VİDEO (YENİLƏNİR)
Süleyman Şah Türbəsi öz əvvəlki yerinə
köçürüləcək. Bunu Türkiyənin Baş nazirinin müavini
Fikri İşık “TRT Haber” telekanalının canlı yayımında deyib.
“Süleyman Şah Türbəsi müvəqqəti olaraq danışıb, gec-tez öz
yerinə köçürüləcək. Çünki, ora türk torpağıdır”, - o bildirib.
Yunanıstan və Türkiyə arasındakı gərginlik hər keçən
gün artmaqdadır. Yunanıstanın müdafiə naziri Panos
Kammenos sonuncu bəyanatı ilə Türkiyəyə meydan oxuyub.
Türkiyəni “Yunanıstanı təxribata çəkməyə davam edən düşmən”
adlandıran yunan nazir Egey dənizindəki adalara və Türkiyə ilə
sərhəd bölgəsinə 7 min əsgər göndərdiklərini bildirib.
Yunanıstan Türkiyəyə MEYDAN OXUDU: “Əsgərlərimizi göndərdik, cəsarətiniz varsa...”
Türkiyə ilə Yunanıstan arasında son vaxtlar yaşanan
gərginliklə əlaqədar qarşılıqlı açıqlamalar davam
edir. Son açıqlama Yunanıstan Prezidenti Prokopis
Pavlopulosdan gəlib.
O, Türkiyəni təhdid edib: “Bizim sərhədlərimiz Avropa Birliyinin
sərhədləridir. Buna görə məsuliyyətimiz daha çoxdur. Haqqımızdan
artıq olanı istəmirik. Əlimizdə olanları müdafiə edəcəyik. Lazım
gəlsə, çəkinmədən qan axıdacağıq”.
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının iclasında
Suriya ilə bağlı qərar qəbul edilib. ABŞ ordusunun bir müddət daha
Suriyada qalması qərara alınıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin hərbi
personalının Suriyada İŞİD-lə mübarizə apardığını və bu mübarizənin
demək olar ki, başa çatdığını açıqlamışdı.
Birləşmiş Ştatlar Yaxın Şərqdə müddətsiz hərbi
mövcudluğa bəraət qazandırmaq üçün idarə olunan xaos vəziyyətini
saxlamaq niyyətindədir. Bunu Moskvada keçirilən
beynəlxalq təhlükəsizlik üzrə konfransda çıxışı zamanı Rusiyanın
Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov deyib.
Yaxın Şərqdə qalmaq üçün.. - ABŞ-dan DƏHŞƏTLİ PLAN
Yaxın Şərq ölkələri İŞİD terror qruplaşması üzərində
qələbədən sonra da terrorçuların fəaliyyətindən əziyyət
çəkir. Bunu Qoşulmama Hərəkatı çərçivəsində Bakıda
keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və
təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər
konfransında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
bildirib.
“İraq və Suriya xalqlarının müqaviməti sayəsində İŞİD-in ərazi
məğlubiyyətinə baxmayaraq, region əvvəlki kimi terror qruplarının
qalıqlarından, həmçinin şübhəli yerdəyişmələrdən əziyyət çəkir”, -
iranlı nazir deyib.
“İŞİD terror qruplaşmasının lideri Əbubəkr
əl-Bağdadi ehtimal ki, İraqda gizlənir”. Bu haqda
Rusiya Baş qərargahının (QRU-unun) Baş kəşfiyyat idarəsinin
başçısının birinci müavini, vitse-admiral İqor Kostyukov
bildirib.
“Əl-Bağdadi, ehtimal ki, İraqdadır. Suriyada qalmaq onun üçün
çətin olar”, - o qeyd edib.
Vitse-admiral əlavə edib ki, İŞİD-in başçısının olduğu yer dəqiq
məlum deyil. Onun sözlərinə görə, Bağdadini bir çox ölkənin xüsusi
xidmət orqanları tutmağa çalışır.
Fransa prezidenti Emmanuel Makronla ABŞ prezidenti
Donald Tramp arasında Suriya mövzusundakı danışıqlardan sonra iki
ölkə tərəfindən Suriyanın Münbiç bölgəsinə xüsusi təyinatlı
əsgərlər göndərilib. Ötən həftə ABŞ prezidenti Donald
Trampın "Biz Suriyadan çəkilirik" bəyanatının ardından Pentaqonun
Fərat çayının qərb istiqamətindən Suriyanın Münbiç şəhərinə PYD\PKK
terror qruplaşmasına dəstək üçün 300 xüsusi təyinatlı əsgər
göndərməsinin ardından, bu dəfə də Fransa Türkiyəyə xəyanət etdi.
Fransa hakimiyyəti Suriyanın Münbiç bölgəsinə 4 təyyarə ilə 50
xüsusi təyinat keçmiş əsgər yollayıb.
Münbiç hərbi aerodromuna gətirilən Amerika və Fransa
əsgərlərinin Azad Suriya Ordusunun bölgədə keçirəcəyi əməliyyatları
daha da çətinləşdirəcəyi deyilir. Ekspertlər bildirirlər ki, Fransa
və ABŞ-ın bu addımı Türkiyə ilə gərginliyi artıracaq.
ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) və Ağ Ev
Suriyaya 2 minlik yeni qüvvənin göndərilməsini müzakirə
edir. CNN-nin Pentaqon üzrə müxbiri Barbara Star
ordudakı mənbələrinə istinadən bildirib.
ABŞ-ın Suriyanın şimalında atdığı hər bir addım
ABŞ-Türkiyə hərbi qarşıdurmasını addım-addım
yaxınlaşdırır. Prezident Donald Tramp tərəfindən
“yaxın vaxtlarda Suriyadan çəkiləcəyik” şəklində bəyanatına
baxmayaraq, ABŞ YPG/PKK terror təşkilatının nəzarətində olan Münbiç
mahalında daha iki baza qurur.
“Mehmetcik”lə bir neçə kilometr... - ABŞ-dan müharibə elanına bərabər HƏMLƏ
Qeyd edək ki, İstanbulda Aya Sofya məscidində
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi tədbirdə
Quran-i Kərimin oxunması Yunanıstanda sərt reaksiya
doğurub. Yunan KİV-ləri bunun qəbuledilməz olduğunu
bildiriblər.
Ərdoğan bu hərəkəti ilə Qərbə MEYDAN OXUDU – Yunanlar ŞOKDA - VİDEO
Rakkadakı xalq milis dəstələrinin döyüşçüləri
Suriyanın Eyn-İssa şəhərindəki ABŞ bazasına hücum
ediblər. Hücum zamanı minaatanlardan istifadə
edilib.
Milis dəstələri yaydıqları açıqlamada ABŞ, Türkiyə və onların
müttəfiqlərinin Suriyanın şimalındakı mövcudluğunu qəbul
etməyəcəklərini açıqlayıblar. Onlar ABŞ, Türkiyə və müttəfiqlərinə
qarşı “Fərat qəzəbi” əməliyyatını başlatdıqlarını bildiriblər.
Suriyadan tez çıxsaq, Türkiyə ilə kürdlər arasındakı
müharibə nəzarətdən çıxacaq. Bunu “Foks Nyus”
televiziyasına müsahibəsində ABŞ-ın respublikaçı senator Lindsi
Qrem deyib.
“Suriyadan çıxmaq prezidentin verə biləcəyi ən pis qərar olar.
Bu filmi daha öncə gördük. Obama İraqda eynisini etdi. İŞİD küncə
çəkilib. Əgər onları rahatlatmaq istəyirsinizsə, ABŞ əsgərlərini
buradan çıxarın. Nəticədə faciəyə olacaq. Buradan çıxsaq İŞİD geri
dönəcək, Türkiyə ilə kürdlər arasında savaş nəzarətdən çıxacaq,
Dəməşqi İrana vermiş olacağıq” – deyə o bildirib.
Qeyd edək ki, Tramp bundan öncə ABŞ ordusunun tezliklə Suriyadan
çıxacağını bəyan etmişdi.
ABŞ prezidenti Donald Tramp “altılıq” ölkələrinin
İranla imzalanan nüvə sazişi ilə bağlı növbəti bəyanat
verib. Ağ Evin başçısı nüvə razılaşmasını ləğv etmək
üçün Senatdakı respublikaçılara çağırış edib.
Dünya yeni böhranın astanasında – Trampdan ÇAĞIRIŞ
ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada müstəqil və
şəffaf istintaqın aparılması ilə bağlı qərarına veto
qoyub. Perunun BMT yanında daimi nümayəndəsi Qustavo
Meza Cuadra qeyd edib ki, ABŞ-ın TŞ-nin verdiyi qərarı qəbul
etməməsi səbəbindən Qəzzada istintaq işinin aparılması üçün qətnamə
qəbul edilməsi mümkün olmayıb.
Qeyd edək ki, İsrail Qəzzada fələstinlilərə qarşı güc tətbiq
edərək ən azı 16 nəfərin həyatına son qoyub, 1500 sivil vətəndaş
yaralanıb.
İsrailin “The Jerusalem Post” qəzeti Türkiyəni açıq
şəkildə hədəf göstərib. Yaakov Katz imzası ilə dərc
olunan məqalədə Türkiyənin ABŞ, Avropa İttifaqı və NATO tərəfindən
cəzalandırılmasına çağırış yer alıb.
NATO üzvü olan Türkiyənin ABŞ-dan hərbi dəstək aldığını bildirən
israilli jurnalist bu yardımların kəsilməsinin vacib olduğunu
bildirib. O, ABŞ-ın hərbi dəstəyini kəsməsinin kifayət olmayacağını
və Türkiyənin NATO-dan kənarlaşdırılmalı olduğunu qeyd edib. Yaakov
Katz həmçinin Avropa İttifaqının Türkiyə ilə üzvlük müzakirələrini
dərhal dayandırmalı olduğunu bildirib. Jurnalist hesab edir ki,
bütün bu addımlarla Türkiyənin diz çökməsinə nail olmaq
mümkündür.
Aprelin 3-də ABŞ prezidenti Donald Tramp İsrailin
baş naziri Benyamin Netanyahu ilə telefon söhbəti
edib. Ağ Evin bəyanatına görə, liderlər Yaxın
Şərqdəki vəziyyəti müzakirə ediblər.
“Prezident Tramp təsdiq etdi ki, ABŞ İsrailin təhlükəsizliyinə
sadiqdir. İki lider İranın çox zərərli təsirinə və onun stabilliyi
pozan hərəkətlərinə qarşı sıx koordinasiyanın davam etdirilməsinə
qərar verilblər”, - sənəddə bildirilir.
Qeyd edək ki, İsrailin baş naziri daha əvvəlki bəyanatında İranı
Yaxın Şərqdə ən böyük çağırış adlandırıb.
Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri
Rusiyanın “Skripal işi” ilə heç bir əlaqəsi
yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi
Dmitri Peskov deyib.
Sergey Skripalın zəhərlənməsinə Kremlin razılıq verməsi barədə
suala cavab verən D.Peskov bununla bağlı rusiyalı rəsmilərin
açıqlamalarını oxumağa çağırıb: “Xarici işlər naziri Sergey
Lavrovun, XİN-in nümayəndəsi Mariya Zaxarovanın açıqlamalarına
baxın. Biz artıq iki həftədən çoxdur ki, hadisənin əvvəlindən bəyan
edirik ki, Rusiyanın bu işlə heç bir əlaqəsi yoxdur”.
Xatırladaq ki, martın 4-də İngiltərənin Solsberi şəhərində
Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal qızı
ilə birgə kimyəvi hücum nəticəsində zəhərlənib.
ABŞ prezidenti Donald Tramp martın 20-də rusiyalı
həmkarı Vladimir Putinlə telefon söhbəti zamanı Vaşinqtonda
ikitərəfli görüş keçirməyi təklif edib. Bu haqda
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Əgər hər şey normal olacaqsa, ümid edirəm ki, amerikalılar
sammitin keçirilməsi imkanını müzakirə etmək təklifindən imtina
etməyəcəklər. Telefonla söhbət zamanı, Tramp ilk sammitin
Vaşinqtonda – Ağ Evdə keçirilməsini təklif edib”, - Uşakov
brifinqdə deyib.
O qeyd edib ki, ilin birinci yarısında görüşün keçirilməsi
istisna edilir: “Telefon söhbəti konstruktiv işgüzar xarakter
daşıyırdı və bir çox məsələlərə toxunulub. Bundan sonra ikitərəfli
münasibətlərimizdə eniş oldu: ABŞ-ın 60 Rusiya diplomatını
göndərməsi və baş konsulluğun bağlanması. Bu addımlara Rusiya
tərəfi müvafiq cavab verməyə məcbur oldu”.
Qeyd edək ki, Rusiya və ABŞ-ın liderləri indiyə kimi iki dəfə
görüşüblər.
Qərbdə Rusiya diplomatlarının ixtisarı məqsədyönlü
zərbədir. Bu haqda Rusiyanın Xarici İşlər
Nazirliyinin başçının müavini Aleksandr Qruşko “Valday” diskusiya
klubunda çıxışı zamanı bildirb.
O, Rusiya diplomatlarının deportasiyasını “beynəlxalq
münasibətlərdə faciə” adlandırıb. Diplomatın sözlərinə görə,
beynəlxalq cəmiyyət ciddi çağırışla üzləşib, çünki beynəlxalq
münasibətlərdə xüsusi rol oynayan sfera zərbəyə məruz qalıb.
“Bu, əsrlərdir formalaşan diplomatik mexanizmlərdir”, - Xarici
İşlər Nazirliyinin başçının müavini qeyd edib.
Rusiya diplomatı: “Bu, məqsədyönlü zərbə idi”
Rusiyaya qarşı sanksiyaların miqyasını genişləndirən
ABŞ siyahıya bürokrat və biznesmenlərin adının da yer aldığı 24
nəfəri və 14 qurumu əlavə edib.Siyahıda Rusiya Təhlükəsizlik Şurasının məsul
katibi Nikolay Patruşev və “Qazprom” şirkətinin prezidenti Aleksey
Millerin də adı də yer alıb.
ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamya görə, Vaşinqton
hökuməti Rusiyaya tətbiq edilən sanksiyaların miqyasını Ukraynaya,
Suriyaya, 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxilə və
Qərb demokratiyasına zərər vermək səbəbilə genişləndirib.
Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə “yeni
əla qələbələr” qazanmaq gücündə deyil. Bunu
“Obozrevatel” nəşrinə müsahibəsində Rusiya politoloqu və
siyasətçisi Andrey Piontkovskiy deyib.
Onun sözlərinə görə, Kremlin başçısı bundan şəxsi hakimiyyətinin
möhkəmləndirilməsi üçün başqa modeldən istifadə etmək
niyyətindədir. Politoloqun fikrincə, bu model, Putinin 2014-cü il
“Rus baharı” nümunəsindən prinsipial olaraq fərqlənir.
Rusiya ABŞ-ı məhv etməyə qadirdir, amma... – Putinin yeni modeli və DƏHŞƏTLİ PROQNOZLAR
Türkiyə və ABŞ kəşfiyyatının verdiyi məlumatlar
sayəsində Rusiyada bir çox terror hücumunun qarşısı
alınıb. Bu haqda Moskvada keçirilən beynəlxalq
təhlükəsizlik konfransında Rusiya Federal Təhlükəsizlik Xidmətinin
(FTX) başçısı Aleksandr Bortnikov bildirib.
Türkiyə Rusiyada dəhşətli planın QARŞISINI ALDI - Kəşfiyyat şefi AÇIQLADI
Çinin Ticarət Nazirliyi ABŞ-dan idxal edilən 128
adda məhsula yüksək rüsumlar tətbiq edib. Pekinin bu
addımı ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən polad və
aliminiuma tətbiq edilən gömrük rüsumları artırmasına cavab olaraq
atılıb.
Çinin Ticarət Nazirliyinin rəsmi saytında deyilir ki, belə
addımlar Pekinin öz maraqlarını qorumaq və ABŞ-ın qərarı
nəticəsində yaranacaq itkiləri tənzimləmək məqsədi daşıyır.
Bildirilir ki, ABŞ-ın qərarı yalnız Çinin mövqelərini sıxışdırmır,
həm də Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur.
Pekinin qərarı aprelin 2-dən qüvvəyə minir. Qərara əsasən, 120
adda məhsula, həmçinin meyvələrə 15 faizlik gömrük rüsumu, səkkiz
adda məhsula, həmçinin donuz ətinə 25 faizlik gömrük rüsumu tətbiq
olunacaq.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın martın 9-da polad
və aliminium idxalına gömrük rüsumları tətbiq etməsini nəzərdə
tutan qərarı imzalayıb.
Ukrayna
Rusiya 2014-cü ildə Ukraynada vəziyyətin
destabilizasiyası üçün “Troya” gizli əməliyyatı
hazırlayıb. Bu haqda Böyük Britaniyanın “The Times”
nəşrində dərc edilən məruzəyə istinadən “Amerikanın Səsi”
yazıb.
Məruzə Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Vladislav
Surkovun elektron poçtunun məktublarından informasiyanın itkiləri
əsasında hazırlanıb. Beləliklə, Ukraynanın daha bir regionunun
Rusiya tərəfindən tutulması planı məxfilikdən çıxarılıb.
Rusiya Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan keçmiş
deputatı Aleksey Muratov əməliyyatın müəllifi idi.
Ukrayna və Rusiya arasında müharibə artıq 300 ildir
davam edir. Bunu “112 Ukrayna” telekanalının efirində
müvəqqəti işğal edilmiş ərazilər üzrə nazir müavini Yuri Qrimçak
deyib.
Məmur vurğulayıb ki, Rusiya əvvəlki kimi Ukrayna ərazisində
qeyri-stabillik yaratmağa çalışır. Qrimçak Rusiyanın 2014-cü ildə
hazırladığı “Troya” əməliyyatını xatırladıb.
“Ölkə daxilində vəziyyəti gərginləşdirmək cəhdləri indi də olur.
Kiyevdə, Odessada və Xarkovda. Amma Təhlükəsizlik Xidməti işləyir,
hər şey normaldır”, – o bildirib.
Qrimçak qeyd edib ki, ölkələr arasında qarşıdurma Ukraynanın
şərqində münaqişənin başa çatmasından sonra da davam edəcək: “Bu
qarşıdurma Donbasın azad olunmasından sonra da bitməyəcək. Onsuz da
müharibə davam edəcək. Müharibə 300 ildir gedir”.
Kiyevdə “Espresso” telekanalının binasının
yaxınlığında terror aktı Rusiya Baş qərargahının Baş Kəşfiyyat
İdarəsinin koordinasiyası ilə törədilib. Bu haqda
Ukrayna Təhlükəsizlik Xidmətinin başçısının müavini Viktor
Kononenko bildirib.
Ukraynalı deputatı rus kəşfiyyatı öldürmək istəyib – ŞOK İDDİA
Ukraynanın şərqində terrorçuluğa qarşı əməliyyat
mayda başa çatacaq. Bu haqda Ukrayna prezidenti Pyotr
Poroşenko Vinnitsa vilayətində regional KİV-in nümayəndələri ilə
görüşündə bildirib.
Müharibənin nə zaman bitəcəyinə gəlincə, dövlət başçısı bunun
çox mürəkkəb sual olduğunu vurğulayıb. Lakin onun sözlərinə görə,
dəqiq olan bir şey var.
Prezidentdən SƏRT MESAJ: “Müharibə bizim qələbəmizlə bitəcək”
Koreya böhranı
Şimali Koreya lideri Kim Çen İn Rusiyaya gəlməsi ilə
bağlı Moskvadan dəvət alıb. Bunu jurnalistlərə
açıqlamasında ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Kots
deyib.
“Düşünmürəm ki, biz hazırda söhbətin getdiyi konkret mərhələlər
haqqında məlumatlıyıq. Biz bilirik ki, o, Çinə Szinpinlə danışıqlar
üçün getdi. Biz onun Rusiyaya dəvət edildiyini də bilirik. ABŞ
xüsusi xidmət orqanları Kim Çenin Rusiyada hansı məsələləri
müzakirə edəcəyini öyrənmək istəyir. Ümid edirik ki, bunu öyrənə
biləcəyik”, - deyə o bildirib.
Lakin Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar
üzrə səfiri Oleq Burmistrov jurnalistlərə bildirib ki, Moskvada
Şimali Koreya liderinin Rusiyaya dəvət edildiyi barədə informasiya
yoxdur.