“Ronaldo Di Stefanonun varisidir” -

“Yuventus”la oyundan sonra İspaniya kralı Xuan Karlos Ronaldonu təbrik etmək üçün mənə zəng vurmuşdu. Kriştianonun qolu futbol tarixinin ən yaxşılardan biridir”.

Metbuat.az-ın məlumatına görə, bu sözləri “Real”ın prezidenti Florentino Peres deyib.

“Kral klubu”nun ulduzu Kriştiano Ronaldo haqda danışan Peres onu Alfredo Di Stefanonun layiqli davamçısı adlandırıb: “Dahi futbolçular “Real”ın keçmişinin əsas dəyərlərindən biridir. Di Stefano dünya futbolunun, eləcə də “Real”ın tarixini dəyişdi. O, dünyaya yayılmış “Real” əfsanəsini yaratmağa kömək etdi. Ronaldo Di Stefanonun layiqli, böyük varisidir. O da özündə “Real”ın dəyərlərini əks etdirir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR