"Anası uşağın səsinə qarğış edə-edə..." - Muğam ustadı/ VİDEO

Muğam ustadı, xalq artisti Arif Babayevin zarafatı diqqət çəkib.

Metbuat.az xəbər verir ki, ötən gün ATV kanalında “Bizimləsən” verilişi muğam ustadının 80 illik yubileyinə həsr edilib. Veriliş boyu xalq artistinin tələbələri, bu günün tanınmış muğam ifaçıları iştirak edib. Veriliş əsnasında ustadın maraqlı zarafatı diqqəti çəkib.

Aparıcının “Ailədə ustadın davamçısı varmı” sualına ustad öz baməzə tərzində cavab verib:

“Oğlumda səs var idi, hər gün zildən qışqırırdı. Anası uşağın səsinə qarğış edə-edə batırdı.”

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR