Ermənistan Parlamentində deputatlardan Sarkisyana etiraz

Ermənistan parlamentinin iclasında etiraz fişəngləri yandırılıb.

Metbuat.az Azvision-a istinadən xəbər verir ki, “Yelk” partiyasının üzvü, deputat Ararat Mirzoyan parlamentin kürsüsünə yaxınlaşaraq vətəndaşları aprelin 13-də keçiriləcək “Serji İnkar et” aksiyası üçün Azadlıq Meydanına çağırıb.

O, meydanda azadlıq məşəlini yandıracaqlarını dedikdən sonra əlindəki rəngli fişəngi alonlandırıb. Digər müxalifət təmsilçisi, deputat Lena Nazaryan da ona qoşulub. Qısa vaxtda parlamentin iclas zalını tüstü bürüyüb.

Vitse-spiker Eduard Şarmazanov iclasın təxirə salınması ilə bağlı deputatların təkliflərini rədd edib. Sonda tüstünün zaldan çıxması üçün qapılar açılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR