Abşeronda kütləvi dava olub, bıçaqlanan var

Abşeronda kütləvi dava olub, bıçaqlanan var
08:12 12 Aprel 2018
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeronda 7 nəfər arasında əlbəyaxa dava olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Qobu qəsəbəsində baş verib.

Dava zamanı 1989-cu il təvəllüdlü Hacıyev Bəhruz Hidayət oğluna beş bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O, cərrahi əməliyyat olunub. Yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/641520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR