Play Store

Azərbaycanın səfiri etimadnaməsini Tacikistan prezidentinə təqdim etdi - FOTO

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə bu gün etimadnaməsini Tacikistan Prezidenti Emomali Rəhmona təqdim edib.

Metbuat.az xəbər verir ki, Tacikistan prezidenti səfiri təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Həsən Məmmədzadə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Tacikistan prezidentinə çatdırıb.

Söhbət zamanı iki dost və qardaş ölkə arasında münasibətlərin və ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, iqtisadi, ticarət, humanitar və mədəniyyət sahələrinin inkişafı üzrə fikir mübadiləsi aparılıb, Tacikistan prezidentinin ölkəmizə rəsmi səfəri müzakirə olunub.

E.Rəhmon dövlət başçısı İlham Əliyevin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və 11 aprel prezident seçkilərində qalib gəlməsi münasibətilə bir daha təbriklərini çatdırmağı xahiş edib.

Görüş zamanı səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib və Azərbaycanla Tacikistan arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etməsi istiqamətində səy göstərəcəyini diqqətə çatdırıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.