BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib.

Metbuat.az-ın məlumatına görə, qətnamə layihəsində Suriyaya qarşı təcavüzə son qoymaq çağırışı əks olunub.

Sənədlə bağlı səsvermə Suriyanın ABŞ, Fransa və Britaniya tərəfindən bombalanmasından sonra Moskvanın təşəbbüsü ilə çağırılan BMT TŞ-in iclası zamanı keçirilib.

Rusiya, Çin və Boliviya qətnamənin qəbul edilməsini dəstəkləyib. Səkkiz ölkə sənədin “əleyhinə” səs verib, dörd ölkə “bitərəf” qalıb.