“B planı”nın ŞOK PƏRDƏARXASI, 260 minlik ORDU İLƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
20 baxış·5 dəq oxu
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş
nazir təyin edilməsinə qarşı keçirilən etiraz aksiyası ilə əlaqədar
paytaxt Yerevanda vəziyyət pisləşib.NATO-nun baş katibi
Yens Stoltenberq Türkiyəyə səfər edib. Rusiyanın Xarici İşlər
Nazirliyinin başçısı Sergey Lavrov Qərb-Rusiya münasibətlərini
“soyuq müharibə” dövründən daha mürəkkəb adlandırıb. Kiyev Rusiyanı
Ukraynayla sərhəddə böyük hərbi güc saxlamaqda ittiham
edib.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş
nazir təyin edilməsinə qarşı çıxan aksiya iştirakçıları Yerevanın
bir neçə mərkəzi küçəsini bağlayıblar. Aprelin 14-də
Ermənistanın hakim Respublika partiyası Serj Sarkisyanın
Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb. Baş
nazir seçimi aprelin 17-nə gözlənilir.
İrəvanda qorxunc ssenari işə düşdü - Ermənistan vətəndaş müharibəsinin BİR ADDIMLIĞINDA – CANLI (YENİLƏNİR)
Egey dənizində bir qrup yunanın qayalıqlara Yunan
bayrağını sancması Ankara-Afina xəttində gərginliyi
artırıb. Bundan xəbər tutan SAT komandoları yunan
bayraqlarını qaldıraraq oradan ayrılıblar.
Hadisəyə şərh verən Baş nazir Binali Yıldırım Yunanıstana lazımi
cavab verməyə hazır olduqlarını bildirib.
Yunanıstana növbəti xəbərdarlıq türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğludan gəlib. Afinaya sərt xəbərdarlıq edən nazir
“əsgərlərimizin əlindən bir qəza çıxa bilər” deyib.
Yunanlar türk adalarına BAYRAQ SANCDI: komandolar HƏRƏKƏTƏ KEÇDİ - DƏHŞƏTLİ MÜHARİBƏ
Türkiyə hökuməti Fransa Prezidenti Emmanuel Makronun
“Türkiyə ilə Rusiyanı ayırdıq” ifadəsinə sərt reaksiya
verib. Bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir
Bozdağ çıxış edib.
“Nə Rusiya, nə də ABŞ-la eyni hədəfə qaçırıq. Qərbin mövqeyi
ikiüzlüdür, bizim siyasətimiz doğrunun yanındadır”, - Bozdağ
bildirib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Suriya
əməliyyatı ilə Türkiyə və Rusiyanı ayırmağa nail olduqlarını
açıqlamışdı.
Türkiyə, Rusiyadan fərqli olaraq, ABŞ və müttəfiqlərinin
Suriyaya zərbə endirməsini dəstəkləmişdi.
Türkiyə Dəniz Donanması Bəşər Əsədin Suriyadakı
hücumlarına qarşılıq vermək bəhanəsilə Aralıq dənizinin şərqinə
yerləşməyə çalışan ABŞ, İngiltərə və Fransa donanması, həmçinin
təxribatlarını artıranYunanıstana qarşı əhəmiyyətli bir addım
atıb.Türkiyə 2 sualtı və 12 müharibə gəmisini bölgəyə
göndərib, dənizdəki aktivlik 7 gün, 24 saat nəzarətə alınıb.
Aprel ayı ərzində 27 müharibə gəmisi ilə Qara dənizdə “Dəniz
Ulduzu -2018” təlimlərini icra edən donanma eyni zamanda, Ege və
Aralıq dənizində 14 müharibə gəmisi ilə təlim üçün səfərə çıxıb.
Donanma həm də NATO-nun Atlantik və Hind okeanında, Şimal dənizində
keçirdiyi təlimlərə və qatıldığı hərbi əməliyyatlara da yaxından
kömək edir.
Türkiyənin Rusiyadan S-400 zenit raketlərini almaq
haqqı var. Bunu jurnalistlərə açıqlamasında NATO Baş
katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, silah satışı və
alışı bir ölkənin verəcəyi qərardır. O, Türkiyənin həmçinin ABŞ-dan
Patriot sistemlərinin alışı ilə bağlı danışıqları davam etdirdiyini
bildirib.
“Suriyanın hökumət güclərinə qarşı keçirilən
əməliyyat Rusiya və İrana açıq bir mesaj idi”. Bu
haqda NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər
edib.
“Əməliyyat Rusiya və İrana açıq mesaj idi və beynəlxalq
ictimaiyyətin kənarda səssiz qalmayacağını göstərdi. Bu, kimyəvi
silahların potensialını azaltmaq üçün keçirilən bir əməliyyat idi.
Rusiya kimyəvi silah tətbiqi ilə bağlı istintaqa maneə törətdi”, -
o bildirib.
Hərbi alyansın rəhbəri NATO-nun Rusiya ilə siyasi danışıqlara
qarşı olmadığını deyib.
Xatırladaq ki, parelin 14-də ABŞ, İngiltərə və Fransa Suriyaya
100-dən çox qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına
görə, bunlardan 71-i zərərsizləşdirilib. Raket zərbələri aprelin
7-də Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə cavab
olub.
Rusiya bundan sonra Suriya qarşı gerçəkləşdiriləcək
hər hansı hücuma sərt cavab verəcək. Bu sözlər Rusiya
Xarici İşlər Nazirliyinin növbəti bəyanatında səsləndirilib.
Şimaldan Aralıq dənizinə çıxma planı Afrində çökən
ABŞ cənubdan yeni dəhliz açmağı planlaşdırır. Aprelin 14-də
Suriyanın bombardman edilməsi də bu planın ilk addımı kimi
görünür. Bu haqda ABŞ, İngiltərə və Fransanın
Suriyanın hökumət güclərinə aid obyektləri vurmasını şərh edən
suriyalı mütəxəssislər “Yeni Şəfəq” nəşrinə açıqlamasında
bildiriblər.
Araşdırmaçı Nasir Hüso hesab edir ki, Hasekedə həbs olunan
PKK-Qərb koalisiyası “B planı”nı həyata keçirməklə məşğuldur və
yeni hədəf Əl-Bukemaldan (Fərat çayının sahilində, Suriya-İraq
sərhədində yerləşir –red.) Tedmura (Xümsün cənubunda yerləşir
–red.) qədər uzanan cənub dəhlizini yaratmaqdır.
Kərkükdən başlayıb Lazkiye-Aralıq dənizinə qədər uzanan dəhliz
layihəsinin “Fərat Qalxanı” və “Zeytin budağı” hərəkatları ilə
pozulduğunu deyən mütəxəssis bununla belə, Qərb ittifaqının dəhliz
xəyalından vaz keçmədiyini qeyd edib.
ABŞ-ın “B planı” və “Suud Neom Proyekti” – Suriya bombardmanının ŞOK PƏRDƏARXASI
Rəsmi Tehran İsrailin ötən həftə iranlı hərbçilərin
ölümünə səbəb olan Suriyadakı hərbi bazaya etdiyi hücuma qarşılıq
verəcək. Bu iddia ilə Livanın Hizbullaha yaxın
nəşrlərindən sayılan “Əl-Əxbar” çıxış edib. Nəşr İranın qarşılıq
vermək üçün çox gözləməyəcəyini, Fələstin və ətrafında İsrailə
qarşı hər hansı bir əməliyyatın planladığını yazıb.
Nəşrin redaktoru İbrahim Əl-Aminin sözlərinə görə, İran bunu
edərkən heç bir müttəfiqə ehtiyac duymayacaq və etdikdən sonra da
bunu gizlətməyəcək.
Xatırladaq ki, İsrailin Suriyanın T-4 hərbi bazasını bombardman
etmişdi.
“Rusiya və Qərbin münasibətləri “soyuq müharibə”
dövründə olduğundan indi daha pisdir”. Bu haqda
Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov BBC
telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, münasibətlər “soyuq müharibə” dövründə olduğundan
daha pisdir. Çünki, “soyuq müharibə” dövründə kommunikasiya
kanalları var idi, rusofobiya yox idi”, - Lavrov deyib.
Suriyada kimyəvi silahın istifadəsinə aid Fransa, Böyük
Britaniya və ABŞ-ın əsaslandığı sübutlara gəlincə, onun sözlərinə
görə, bu ölkələr KİV-in və sosial şəbəkələrin xəbərlərinə istinadə
ediblər.
“Aprelin 7-də Duma şəhərində kimyəvi silahdan istifadəyə dair
sübutlar yoxdur”, - Lavrov əlavə edib.
Rusiya Ukraynayla sərhəddə öz qoşunlarını
gücləndirir və Ukraynanın sərhədlərində böyük müharibəyə hazır
Rusiya qoşunu dayanır. Bu haqda Ukraynanın Müdafiə və
Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov təhlükəsizlik
üzrə 11-ci Kiyev forumunda danışıb.
Payızda genişmiqyaslı müharibə BAŞLAYACAQ: 260 minlik ordu HAZIRDIR