Müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini təklif edir.

Metbuat.az xəbər verir ki, Bahçeli növbədənkənar seçkilərin bu il avqustun 26-da keçirilməli olduğunu bildirib. Onun sözlərinə görə, regiondakı siyasi vəziyyəti nəzərə alaraq Türkiyədə seçkilərin keçirilməsini gecikdirmək olmaz.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək.