Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildilir ki, aprelin 17-də cəbhənin Tərtər istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq məhv edilib.