2018-ci il 11 aprel tarixində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.
Metbuat.az xəbər verir ki, iclasda məruzəçi hakimlərin, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun, Dövlət Statistika Komitəsinin əməkdaşlarının çıxışları dinləniləcək. Daha sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək nəticələri açıqlayacaq.