Maldiv arxipelaqındakı Kihavah Huravalhi adasında yerləşən "Anantara Kihavah Maldives Villas" oteli müştərilərə superlüks şərait təklif edən çox maraqlı istirahət məkanı kimi tanınır.

Milli.Az bildirir ki, Baa atollunun şimalındakı otel "İnstagram-da fotoları ən çox paylaşılan otel" kimi tanınaraq "Most Instagrammable Hotel" adına layiq görülüb.

Otelin layihəsi "Group X Design Associates" bürosuna məxsusdur.

"Anantara Kihavah Maldives Villas"də nömrənin sutkalıq dəyəri 1100 dollardan başlayır.

Milli.Az