Əmanətlərin Sığortalanması Fondu ləğv prosesindəolan "Royalbank"ASC-nin kreditorlarının diqqətinə çatdırırki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 23aprel 2018-ci il tarixdən etibarən başlanacaq.
Qurumun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər.
Əlavə məlumat almaq üçün əlaqə nömrələri:
Bakı ş. (012) 596 65 91/92/93
Qaynar xətt: 941