FİFA Hakimlər Komitəsi 2018-ci il dünya çempionatında çalışacaq videoassistentlərin siyahısını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, VAR sistemində 13 hakim işləyəcək.

Videoassitent hakimlər: Abdulrəhman əl-Cassim (Qətər), Mauro Valyano (Argentina), Yeri Varqas (Boliviya), Vilton Sampayo (Braziliya), Pavel Qil (Polşa), Bastian Dankert, Feliks Zvayer (Almaniya), Artur Soareş, Tyaqo Martinş (Portuqaliya), Massimiliano İrrati, Daniele Orsato, Paolo Valeri (İtaliya), Danni Makkeli (Hollandiya)

Dünya çempionatı 14 iyun - 15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçiriləcək.

Milli.Az