10 yaşlı iki məktəblini maşın vurdu

10 yaşlı iki məktəblini maşın vurdu
10:44 19 Aprel 2018
79 Digər
Ölkə mətbuatı
A- A+

Şamaxı və Ağdaş rayonlarında yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhər sakini, 2008-ci il təvəllüdlü Məlikov Mehdi Azər oğlu yolu keçərkən avtomobil onu vurub. Ayağından ağır xəsarət alan uşaq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Ağdaş rayonunun Şəkili kənd sakini, 2008-ci il təvəllüdlü Eyyubov Məhəmməd İlyas oğlunu isə oxuduğu orta məktəbin qarşısında avtomobil vurub. Başından ağır xəsarət alan Məhəmməd İlyasov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub.

 

Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299172

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR