Qırğızıstanın Baş naziri postuna Nuxammedkalıy Abılqazievin namizədliyi

Qırğızıstan parlamenti - Joqorku Keneşdəki koalisiya çoxluğu - Qırğızıstan Sosial-Demokrat, “Bir Bol” və “Respublika-Ata Jurt” partiyaları Prezident Aparatının rəhbəri Nuxammedkalıy Abılqazievin Baş nazir postuna namizədliyini irəli sürüb.

Metbuat.az xəbər verir ki, aprelin 20-də isə parlamentin növbədənkənar iclasında hökumətin yeni tərkibinin təsdiq ediləcəyi gözlənilir.

Xatırladırıq ki, ölkə parlamenti aprelin 19-da hökumətə etimadsızlıq göstərib, 102 deputat bunun lehinə səs verib və dövlət başçısı Sooronbay Jeenbekov hökuməti istefaya göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR