Afinada yunan mafiyasının xaç atası qətlə yetirilib.

45 yaşlı mafioz Yorqos Liços Kalaşnikov avtomatından açılan atəş nəticəsində öldürülüb.

8 güllə yarası alan mafioz xəstəxanada keçinib.

Bildirilir ki, onun qətli sifarişli olub. Onun keçmiş mafiya başçısı Vasilis Stefanakisin ölümündə adı hallanır.

Liçosun 217 nəfərlik cinayətkar qrupu var idi. (trend)