​Ermənistanda soyuq MÜHARİBƏ BAŞLADI

Aprelin 13-dən İrəvanda Serj Sarkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz kütləvi aksiyalar keçirilir.

Hazırda etiraz aksiyaları Ermənistan paytaxtının müxtəlif hissələrində, həmçinin Baqramyan prospekti və Orbeli küçəsində keçirilir. Nümayişçilərin bir qrupu isə Koryuna və Teryana küçələrinin dörd yolayrıcını kəsiblər. Etirazçılar “Yelk” müxalifət ” partiyasının başçısı Nikol Paşinyan, onun silahdaşları Ararat Mirzoyan və Sasun Mikayelyanın təcili azad edilməsini, baş nazir Serj Sarkisyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Artıq hərbçilər də üsyançıların sırasına qatılıb.

Ermənistanda baş verən aksiyaları Metbuat.az-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Rusiya Sarkisyanı itirməklə Ermənistanı itirəcək:

“Ermənistanda baş verən hadisələrin səbəbi Serj Sarkisyanın hakimiyyətdə qalma istəyi idi. O, baş nazir vəzifəsində qalmaqla öz hakimiyyətini uzatmaq niyyətində idi. İkinci məqam isə burada 90-cı ilin ortalarında Qarabağdan gələrək hakimiyyətə yiyələnən klanın uzunömürlülüyünü təmin etmək idi. Lakin Ermənistan cəmiyyəti və Ermənistandan olan ermənilər artıq uzun illərdir yığılıb qalan problemi bu dəfə həll etmək istədilər. Probemin həlli üçün isə aksiyalara başladılar. Aksiyaların önündə 2008-ci ildə ilk gündən Sarkisyanın hakimiyyətə gəlməsinin əleyhinə olan Nikol Paşinyan liderliyi əla aldı və xalqı meydanlara səslədi. Bu uğurlu addım artıq Sarkisyan və onun hakimiyyətindən doğmuş insanları küçələrə çıxmağa sövq etdi, onlarda stimul yaratdı. Aksiyalar bir neçə mərhələdən ibarətdir. Birinci etiraz bu mərhələ idi. İkinci addım Ermənistan cəmiyyətinin digər bölgələrdəki mərkəzi meydanlara çıxmasıyla davam etdi. Növbəti mərhələ isə dünən başladı. Bu mərhələ isə Sarkisyana xidmət edən güc strukturları nümayəndələrinin üsyanlara qoşulması idi. Bununla da həm Qərb, həm də Rusiya mövqeyini nümayiş etdirdi.

İlk gündən Rusiya müxalifətin bu şəkldə aktiv olmasının əleyhinə idi. Çünki Putin üçün Sarkisyan Ermənistan deməkdir. Rusiya çox yaxşı anlayır ki, Sarkisyanı itirməklə Ermənistanı itirəcək. Çünki Ermənistandakı bütün müxalifət və Ermənistandakı siyasi güc mərkəzləri diaspora ilə bağlıdır. Ermənistanın Rusiyadan asılılığını azaltmaq niyyətindədir. Onlar hesab edirlər ki, Ermənistan Rusiya vassalından xilas olmaqla öz qonşuları ilə normal münasibətlər yarada biləcək, həm beynəlxalq ictimaiyyətdə öz mövqeyini möhkəmləndirəcək, həm də inkişafa stimul verəcək. Bu proses güclü şəkildə davam edir.

Nikol Paşinyanın həbsi ilə Ermənistanda aksiyalar daha da güclənməyə başaldı. Bunu həbs yox, əslində girov hesab edirəm. Çünki dünənki Sarkisyan və Paşinyan qısa görüşündə də bəlli oldu ki, Sarkisyan öz mövqeyini möhkəmləndirmək, Paşinyana öz yerini göstərmək istəyir. Lakin müxalifət onunla hər hansı bir danışığın aparılmayacağını və aksiyaların istefaya qədər davam edəcəyini göstərdi. Bundan sonrakı proseslər, fikrimcə belə cərəyan edə bilər. Ya Serj Sarkisyan özünə sadiq olan, Qarabağda saxladığı ermənistan silahlı qüvvələrinin hərbi geyimində xidmət edən cəza dəstələrini İrəvana yeridəcək, bir neçə insanı qətlə yetirib, yüzlərlə insanı həbs etdikdən sonra etirazların qarşısını bir müddət ala biləcək. İkinci bir vəziyyət isə aksiyalar davam edəcək. Sarkisyan qan tökməkdən ehtiyat edəcək. Nəticədə Paşinyanın həbsi isə aksiyaları daha da gücləndirəcək. İnsanlar kütləvi şəkildə mövcud hakimiyyətə tabe olamayacaqlar. Artıq bunların işartıları bəllidir.

Tələbələr artıq təhsil müəsisələrinə getmirlər. Bir çox dövlət qurumlarında işlər dayandırılıb. Demək olar ki, qeyri-rəsmi tədbirlər başlayır. Bu, öz-özlüyündə Sarkisyanın hazırda hansı mərhələdə olduğunu göstərir. Burada Sarkisyanın əlində olan yeganə qüvvə güc orqanlarının ona xidmət etməsidir. Düzdür, ola bilər ki, hansısa zabit və həbçilər etiraz əlaməti olaraq xalqın tərəfinə keçsinlər. Amma bunun kütləvi olacağı bəlli deyil. Dediyim kimi, Ermənistandakı polis dəstələri onların qarşılarına qoyulan səlahiyyətləri yerinə yetirməsələr, Sarkisyan Dağlıq Qarabağda olan cəza dəstələrindən öz məqsədləri üçün istifadə edə bilər. Hələlik, bir neçə gün də gözləmək məcburiyyətindəyik. Amma görünən odur ki, Ermənistanda soyuq müharibə başlayıb. Amerika ilə Rusiya arasında soyuq müharibə gedir. Bu, dünən Paşinyanın həbsindən sonra ABŞ dövləti və Avropa Şurasının verdiyi bəyanatlarda öz əksini tapdı. Rusiya isə Susqunluq nümayiş etdirir, Sarkisaynın hərəkətlərinə haqq qazandırır. Amma hesab edirəm ki, bu aksiyalardan sonra Sarkisyan növbəti dəfə hakimiyyətdə qalmağa nail olsa, bu, onun mütləq hakimiyyəti olmayacaq. Növbəti 5 ildə onun mövqeləri ciddi zəifləyəcək, baş nazir postundan hakimiyyətə rəhbərlik edə bilməyəcək”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Hava ilə bağlı ŞAD XƏBƏR - Proqnoz açıqlandı – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR