İngiltərə klubu yüz ilin bombasını partladacaq

İngiltərə klubu yüz ilin bombasını partladacaq
22:03 23 Aprel 2018
133 İdman
Ölkə mətbuatı
A- A+

“Everton” mövsümün sonunda baş məşqçi Sem Ellerdaysla yollarını ayrımaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Teleqraf” qəzeti məlumat yayıb.

Xəbərə görə, “Everton” mövsümün sonunda “Arsenal”dan ayrılacaq Arsen Vengeri kluba dəvət etməyi düşünür. Fransalı baş məşqçi ötən həftə “Arsenal”dan gedəcəyini açıqlamışdı. “Everton”un ən böyük ortağı olan Fərhad Moşiri bu xəbəri alar-almaz A.Venger üçün hərəkətə keçib. Vengerin fanatı olan iş adamı bu şansı qaçırmaq istəmir.

Təcrübəli baş məşqçi ilə maraqlanan klublar arasında “Monako” və “Strasburq” da var. Ancaq bu iki klub baş məşqçilik deyil, idman direktorluğu vəzifəsini təklif etməyi düşünür. Vengerin “Everton”a keçməkdə rəqibi “Şaxtyor”dan ayrılacaq Paulo Fonsekadır.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/238528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR