BMT Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemin dinc yolla nizamlanması üzrə səyləri artırmağa çağırıb.

Metbuat.az xəbər verir ki, təşkilatın baş katibi Antoniu Quterreşin qurumun rəsmi saytında yerləşdirilən bəyanatında deyilir: "Baş katib ATƏT-in Minsk qrupunun tərəfləri təmas xətti boyunca istənilən potensial gərginliyin qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə səyləri artırmağa çağıran bəyanatına qoşulduğunu bəyan edib”.