Ramiz Mehdiyev Nazim İbrahimovu tənqid etdi: "Nöqsanlara yol verilib"

Ramiz Mehdiyev Nazim İbrahimovu tənqid etdi: "Nöqsanlara yol verilib"
15:54 24 Aprel 2018
95 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradovu kollektivə təqdim edib.

 

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni sədr haqqında qısa məlumat verən Ramiz Mehdiyev bildirib ki, prezident İlham ƏliyevFuad Muradovla görüşərək ona konkret tapşırıqlarını verib.

 

O deyib ki, gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir.

 

 

Daha sonra Dövlət Komitəsi barədə danışan R. Mehdiyev qurumun fəaliyyətini tənqid edib, müəyyən nöqsanlara yol verildiyini vurğulayıb.

 

O, F. Muradovun rəhbərliyi ilə indiyədək yol verilmiş nöqsanların aradan qaldırılacağına ümid etdiyini bildirib.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilən Fuad MuradovMilli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində çalışıb. Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR