Göldə əjdaha iddiası:

Dakota Frendsen adlı turist ABŞ-ın Şotlandiya dağları yaxınlığında yerləşən Arkart qalasının ətrafındakı Lox-Ness gölündə naməlum varlığın üzdüyünü görüntüləyib.

Metbuat.az publika-ya istinadən xəbər verir ki, uzunluğu 12 metrə çatan su heyvanının nə olduğu bəlli deyil. D.Frendsen deyir ki, rəngi boza çalırdı:

"Üzərkən suyun üzərinə çıxdı. Boz rəngli əjdahanı xatırladan görünüşü vardı. Bir yox, bir neçə dənə idi. Əjdahanı xatırladırdı desəm, yalan olmaz".

2017-ci ildə bənzər hadisə yaşanmışdı. İstirahətə gələn 11 turist həmin yerdə əjdaha gördüyünü iddia etmişdi. Bu say 1 il ərzində 15 nəfərə çatıb.

Lox-Ness Şotlandiya dağlarının ətrafından keçən buz mənşəli dərin, şirin suya malik gölüdür. Gölün dərinliyi 36 kilometr təşkil edir. Bu isə gölün dərinliklərində həqiqətən də hansısa naməlum varlıqların yaşadığını və zaman-zaman onların suyun üzünə çıxması faktlarını gündəmdə saxlayır. Turistlər yaranmış əfsanəyə görə bu gölü ziyarət etməyə gəlirlər.


Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR