Üzeyir Mehdizadə Türkiydə baş tutan səs-küylü konserti haqqında təəssüratlarını bölüşüb.
Publika.az xəbər verir ki, ARB Ulduz-un “Virtual həyat” proqramının növbəti qonağı müğənni Üzeyir Mehdizadə olub.
Mahnıları ilə Türkiyədə də böyük fanat ordusu toplayan müğənni
bu yaxınlarda qardaş ölkədə baş tutan konserti haqqında
danışıb:
“Son zamanlar bilirdim ki, Türkiyədən həddən artıq çox tələbat var.
Sevgilərini, dəstəklərini görürdüm. İnanırdım ki, getdiyim konsert
gözlədiyim nəticəni verəcək. Konsert İğdırda olmuşdu. Bir
konsertimiz Qaziantepdə baş tutdu. Konsetlərə nəinki həmin
şəhərlərdən, ümumiyyətlə, Türkiyənin müxtəlif bögələrindən də
gəlmişdilər”.
Ü.Mehdizadə 51 milyon baxış sayı olan “Yaxşı olar” mahnısına
klip çəkdirəcəyini söyləyib:
“Həqiqətən, klip çəkməyə vaxtım yoxdur. Klipin hər şeyi hazırdır,
sadəcə məndən cavab gözləyirlər ki, vaxt deyim və klip çəkilişləri
başlasın. Yaxın zamanlarda tamaşaçıları sevindirəcəm. “Yaxşı olar”
mahnısına klip çəkiləcək. Ssenarisi də mənə aiddir.
Klipdə ssenari iki xətt üzərində gedir: həm mənim sənətə necə
gəlməyim, həm də sevgi xətti”.