Bir həftə şüyüd istifadəsinin FAYDALARI

Bir həftə şüyüd istifadəsinin FAYDALARI
11:18 26 Aprel 2018
Ölkə mətbuatı
A- A+

Ehtiva etdiyi qida dəyərləri sayəsində əsl mineral və vitamin anbarı olan şüyüd balıq yeməkləri ilə yanaşı, şorba, salat və souslara xüsusi dad verir. Eyni zamanda arıqlamaq istəyənlər üçün də effektli vasitədir.

Publika.az xəbər verir ki, 1 həftə şüyüd istifadə etmək sizi qısa müddətdə artıq çəkilərdən xilas edəcək.

Şüyüdün faydaları nələrdir?

Yeməkdən 15 dəqiqə əvvəl şüyüd yemək uzun müddət toxluq hissi yaradır.

Şüyüdün tərkibində bol miqdarda fosfor, maqnezium, dəmir, sink, A və C vitaminləri yer alır. Bir dəstə şüyüd gündəlik A vitamini ehtiyacınızın 43 faizini, gündəlik C vitamini ehtiyacınızın isə 40 faizini ödəyir.

Həzm sistemində meydana gələn mədə pozğunluğu, mədə ağrısı və s. problemlərin müalicəsində istifadə edilən təbii vasitədir.

Qazları aradan qaldıran təsirə malikdir.

Bol miqdarda kalsium ehtiva etdiyi üçün şüyüd sümük sağlamlığını qoruyur.

Hıçqırıq müalicəsində şüyüd istifadə edilə bilər.

Tərkibində yer alan B vitamini və yağlar sayəsində yuxusuzluğun qarşısını alır, sakitləşdirici təsir yaradır.

Təbii insulin sayılan bu bitki şəkər xəstələri üçün faydalıdır.

Xərçəng müalicəsində istifadə edilir.

Revmatizm, iltihab, podaqra, artrit və oynaq iltihabı xəstəliklərinin səbəb olduğu ağrıları müalicə edir.

Menstruasiya pozulmasında müsbət təsirə malikdir.

Ağız və diş xəstəliklərinə qarşı profilaktik təsiri vardır. Şüyüd yarpaqları ağız içi infeksiyalarını müalicə edir.

Depressiyanı azaltmağa kömək edir.

Xolesterini aşağı salır.

Tənəffüs yolu xəstəliklərində müalicə edici təsiri olur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/238893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR