Daha bir ölkə AVRO 2024-ə ev sahibliyi üçün namizədliyini UEFA-ya təqdim etdi

Daha bir ölkə AVRO 2024-ə ev sahibliyi üçün namizədliyini UEFA-ya təqdim etdi
16:03 26 Aprel 2018
84 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Futbol Federasiyası (TFF) 2024 Avropa Çempionatına ev sahibliyi etmək üçün namizədliyini rəsmi şəkildə UEFA-ya təqdim edib.

Publika.az xəbər verir ki, namizədlik müraciəti UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən qərargahında TFF-in prezidenti İldırım Dəmirörən tərəfindən ali futbol qurumunun baş katibi Teodor Teodoridisə verilib.

Rəsmi namizədlik müraciətini 2 mart 2017-ci il tarixində elan edən Türkiyənin dosyesində 2024 Avropa Çempionatına namizədlik təklifinin bütün detalları, hökumət təminatları və dəstək məktubları, iş kitabı ilə bağlı əlavə bilgilər yer alıb. UEFA AVRO 2024-ə ev sahibliyi edəcək ölkə 27 sentyabr 2018-ci ildə keçiriləcək UEFA idarə heyətinin toplantısında açıqlanacaq.

Qeyd edək ki, Türkiyədən əvvəl Almaniya 27 mart 2018-ci il tarixində öz namizdəliyini UEAF-ya təqdim edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/238918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR