“QAZ 31” ağaca çırpıldı, yaralılar var

“QAZ 31” ağaca çırpıldı, yaralılar var
01:24 27 Aprel 2018
111 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatalada baş verən yol qəzasında iki nəfər Qax sakini xəsarət alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə aprelin 26-sı axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Qax şəhər sakini Məhəmməd Kərim oğlu Kərimov idarə etdiyi “QAZ 31” markalı 10 XM 634 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqataladan Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Məhəmməd Kərimov və sərnişini Qax şəhər sakini 1992-ci il təvəllüdlü Qədir Rafiq oğlu Məmmədov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

 

MRX-dan APA-ya verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Məhəmməd Kərimova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Qədir Məmmədovun xəsarətləri yüngül olduğundan ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299762

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR