Daha bir qəzetə terror hədəsi

Daha bir qəzetə terror hədəsi
07:36 12 Yanvar 2015
178 Dünya
Ölkə mətbuatı
A- A+

Belçikanın paytaxtı Brüsseldə Fransanın “Şarli Ebdo” jurnalında yayımlanan karikaturaları yenidən yayımlayan “Lö Suar” qəzeti terror hədələri ilə qarşılaşıb.

ANS PRESS-in məlumatına görə, naməlum şəxs qəzetin redaksiyasına zəng edərək redaksiyanın yerləşdiyi binada partlayıcı maddə olması barədə xəbərdarlıq edib.

Vəziyyətlə əlaqədar qəzet rəhbərliyi işçilərini təxliyə etmək məcburiyyətində qalıb.

Faktla bağlı istintaq araşdırması başladılıb.

Polis xəbərdarlığın gerçək olub-olmadığını yoxlamağa çalışır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR