Qoç - Titan və Himaliya sizə uğurla bahəm,
problemlər də vəd eirlər. Hər işin bir nəticəsi var, onlar da
müəyyənliklə fərqlənirlər. Çətinliklərlə qarşılaşsanız belə, inad
və qətiyyətlə irəliləyin.
Yaşamaq çətindir, amma bilin ki, sizi himayə edən Təala həmişə, ən
çətin anlarda belə, dadınıza çatacaq.
Bacarıq və biliklərinizdən yararlanın.
Situasiyaların inkişafını izləyin. Olaylarda ikinci məna, çox incə
hazırlanmış intriqa aşkarlana bilər. Etiraf və ya komplimentlərlə
bağlı mənasız gözləntilərə qapılmayın.
Cazibə və ya vəd nə qədər maraqlı olsa da, sizinlə bağlı
gözləntilər bir o qədər artacaq.
Buğa - Fobos və Sinopenin münasibətləri günü sərt,
çərçivəli yaşama çevirəcək. Tərəfdaşınız stabillik və təminata
ehtiyac duyursa, fəaliyyət ərazisini dəqiq müəyyənləşdirin,
fərdiyyətçiliyinizi qoruyaraq uğurunuzu nümayiş etdirin. İşdə və
evdə qayda yaradın.
İstənilən söz, hadisə və əşyaya doğru yer tapın. Bütün bunlar sizə
olan etibarı artıra bilər.
Münasibətlərə yenidən nəzər salın, yaxın insanın hisslərinə dəyər
verin. Ehtiyac yaranarsa, yeni aksentə əl atın. Kollektivdə
hadisələrin inkişafını müşahidə edin.
Səhvinizi və ya məğlubiyyətinizi səbirsizliklə gözləyən bədxah
var.
Əkizlər - Mimasa və Ledanın münasibətləri
ətrafınızda baş verən hədisələrin sizi gərginlikdə saxlamasına
rəvac verəcək. Rəqiblər qaydaları pozacaq, "partizan savaşı"
aparacaq, sizi cavab tədbirlər barədə düşünməyə vadar edəcək.
İstənilən situasiyada özünüzü zəif göstərməyin, vicdanınızı
aldatmağa çalışmayın.
Tələsməyin. Aramla davransanız, kobud səhvlər etməzsiniz.
Gün çoxlu faydalı məqamlar bəxş etsə də, bir neçə mürəkkəb sual və
tapşırığı da gündəmə gətirəcək.
Gözləntiniz və ya gördüyünüz işdə nöqsan aşkarlanacaq. Olanla
kifayətlənməsəniz, nəyisə dəyişməyə can atın, "olmaz" sözünü
unudun. Yeni işə başlasanız, sizi çətinlkilər gözləyir.
İstənilən halda əvvəlki günlərlə müqayisədə bu gün işlər iki dəfə
çoxdur.
Xərçəng - Neptun və Plutonun münasibətləri
hisslərinizdə qarışıqlıq, işlərinizdə isə rasionallıq yaradacaq.
Mümkün qədər tez həll etmək istədiyiniz işlərlə məşğul olun.
Əvvəlki dönəmlərlə müqayisədə indi daha çox güzəştə getməli
olacaqsınız.
Hadisələrə təsir imkanlarınız çox azdır. Dəyişikliklərin məğzini
anlamağa çalışın. Əməllərlə yanaşı, alınan məlumatların təhlilində
aktiv olun.
Maddi məsələlərdə gözləntiləriniz doğurlmaya bilər. Gərəkli nə isə
almaq və ya gəlir əldə etmək şanslarınız yox deyil, amma
perspektivlər aydın deyil. Belə gözləntilər işin artmasına,
planlaşdırılmamış fəaliyyətə səbəb ola bilər.
Münasibətlərin aydınlaşdırılmasında fəallıq etməyə can atsanız,
ötənlərdəki səhvlər xatırlanacaq.
Gərəksiz insan və lazımsız əşyalardan qurtulmaq üçün düşərli
gündür.
Şir - Lisiteya və Pasifenin münasibətləri
təşəbbüslərinizlə ideyalarınızın təqdimatı üçün uğurlu gün deyil.
Planlarınızı açıqlamayın, əks halda onlardan rəqiblər yararlana
bilərlər. Diqqəti özünüzə cəlb etməyin.
Sıçrayışdan, atılımdan əvvəl bəzən bir qədər dincəlmək, istirahət
etmək gərəkdir
Sizə lazım olan özü yaxınlaşacaq. Amma bu gün yox.
Az sonra işlər artacaq. Hazır olun, yaşamınızda qayda yaradın.
Hadisələrin gözlənilməz inkişafına, yaxud da emosiyaların qəfil
dəyişkənliyinə hazırlaşın.
İşdə və evdə qayda yaradın. Bütün bunlar gərginliyi azaltmağa, sizi
müxtəlif tərəflərə çəkən təmayüllərin öhdəsindən gəlməyə imkan
verəcək.
Qız - Hiperion və Mimasın münasibətləri yaxın
ətrafınızda anlaşılmazlıq, dolaşıqlıq yarada bilər. İş yoldaşı və
ya tərəfdaşlarınızdan biri "oyun"dan çıxa bilər.
İşgüzar və şəxsi həyatda "boşalan" yeri doldurmağa tələsməyin.
Macəralarınızda hadisələrin maraqlı düyününə düşə bilərsiniz. Belə
düyünlər o qədər də təhlükəsiz deyil.
Yaxın adamla münasibətlərdə mübhəm məqamlar çox olacaq. Həmin
məqamlara sakit yanaşın. Heç nə tələb etməyib araşdırmağa
çalışmasanız, yetərincə maraqlı sözlər eşidəcəksiniz.
Nigaranlıq və incikliyinizə cavab alacaqsınız. Amma nəyisə
düzəltməyə, müdaxiləyə tələsməyin. Təşəbbüskar bu gün siz
olmamalısınız.
Tərəzi - Amalteya və Demosun münasibətləri sizdən
maddi məsələlərdə çox realist davranmağı tələb edir. Bu yaxınlara
qədər ciddi önəm verdiyiniz insana münasibətlərinizdə soyuma
müşahidə oluna bilər.
Yanlışlıq, səhv nəticələrdən, ən başlıcası isə rifahınıza və
durumunuza zərbə vura biləcək addımlardan qaçın.
Sizə yaxın olan insanın müdrikliyində dayaq arayın, yaxşı məsləhəti
qulaqardına vurmayın.
Məqsədə doğru aparan yolda ciddi maneələr yarana bilər. Vasitə və
ya fiziki resurslarınızın rəqabətdə qalib gəlməyinizə bünövrə
olmasına çalışın. Yaşam sizi heç sevmədiyiniz seçimə vadar etsə də,
gərginlik və yorğunluğun bir qismi aradan qalxa bilər.
Evdə, işdə qayda yaradın, təmirə ehtiyac duyan əşyanı sazlayın.
Əqrəb - Uran və Merkurinin münasibətləri istənilən
problemlərlə ifrat səyləri, habelə lazımsız təvəccöhləri
kənarlaşdırmağı məsləhət bilir.
Hissiyatınızı dinləyin. Başqasanın dalğasına asanlıqla
uyğunlaşsanız da, situasiyaya təsir cəhdlərinə baş vurmayın.
Tənbəllik və ya alternativ maraq səylərinizi üstələməsin. Emosional
durumu təhlil etmək şansından yararlanın, sizi narahat edən və ya
geri çəkən məqamı anlayın.
Vəziyyət, oyun iştirakçıları, prioritet və məqsədləriniz
dəyişir.
Diqqətinizi yeni marağa yönəldəcək və ya maddi-maliyyə
perspektivlərinə faydalı əlavə olacaq yeni tanışlıq baş tuta
bilər.
Xüsusi gərginlik tələb etməyən işlərlə məşğul olun, tanışlarla
əlaqələrə diqqət yetirin, onların istək və qayğılarını anlayın.
Sizinlə manipulyasiya etmək istəyənlərə imkan verməyin.
Oxatan - Uran və Saturnun münasibətləri maraqlar
toqquşmasında müşahidəçi mövqeyi tutmağı məsləhət bilir. Öhdəlik və
həvalə edilmiş işi yerinə yetirin, yeni ideya və planlarını bəyan
edərək sizə yeni iş tapşırmaq istəyən adamların çağırışlarına məhəl
qoymayın.
Bu gün başqalarının energetikası sizə nə qədər az təsir edərsə, bir
o qədər yaxşıdır.
Kimsə peyda olaraq sizə maddi və mənəvi dəstək verə bilər. Yardım
və düz yola yönləndirilmək də istisna deyil. Cari problemlərin
həlli belə, yaradıcı potensialınızı stimullaşdıra bilər.
Həyatdan kam almaq, dostlarla görüş, hədiyyələr üçün düşərli
gündür. Bununla yanaşı, narahatlıq və nigaranlıq da hiss oluna
bilər.
Səhhətinizə və istirahətə daha çox vaxt ayırın.
Oğlaq - Serera və Yupiterin münasibətləri sizə
seçim anının yaxınlaşdığını bildirir. Fəqət, təminat və vasitələrin
kasadlığı seçimi çətinləşdirə bilər. İstənilən şübhəni təhlil edin,
fikirləşmək və qərar verməyə vaxt ayırın. İşdə həmkarlarınız,
biznesdə tərəfdaş, təhsildə dost və rəfiqənin fikrini nəzərə
alın.
Yaxın ətrafınızdakı insanlar ümumi işə pul yatırmağa hazırdır?
Başlanan işləri yarımçıq qoymayın. Şəxsi münasibətlərdəki qərar və
addımlarınız da çətinlik yarada bilər. Situasiyalardakı
yanlışlıqların aradan qaldırılması, yardıma ehtiyac duyanlara
dəstək olmaq, nasaz və ya sıradan çıxmış əşyaların təmiri, yaşam
məkanında qayda yaradılması ilə məşğul olmağa dəyər.
Əyləncə və istirahət üçün əlverişsiz gündür.
Xəstə olana axşam baş çəkin, emosional travma almışa dəstək olun,
valideynlərə zəng vurun.
Dolça - Haumea və Makumakenin münasibətləri
nüfuzlu insanla aranızdakı münasibətləri gərəcək. Təzyiqlərə məruz
qaldığınızı düşünəcəksiniz. Yaxın ətrafınızdakı insanların
tələblərlə təzyiqləri rahat işə imkan vermir, həyatın tempi
sürətlənir.
Yaxşı olar ki, situasiyada güzəştli məqamlar tapın, hamının sizə
borclu olduğunu düşünməyin. İmicdə zəruri dəyişikliklərlə bağlı
düşünmək üçün əlverişli vaxtdır.
Zərərli vərdişləri keçmişdə qoymaq, yeni təmrinlərə başlamaq, ya da
pozitiv fəaliyyətlə məşğul olmaq zamanıdır.
Maddi-maliyyə məsələləri xüsusi diqqət tələb edir.
Pulunuz varsa, alış-veriş edin, amma bədxərcliyə yol verməyin.
Bəzəkli dükanlara aldanmayın: hər şeyi olduğundan baha almaq və
aldanmaq istəyirsinizsə, başqa məsələ.
Gözəllik salonu, bərbərxanaya baş çəkməyi sabaha saxlayın. Şəxsi
münasibətlərdə ekstravaqantlığa yol verməyin.
Balıqlar - Serera və Neptunun münasibətləri
qüvvənizi, enerjinizi artıracaq. Bəndlərin dağılması, divarların
alt-üst edilməsi, daxili qiyam və zahirdəki şərtlərə üsyan
mümkündür. Bütün bunlar yaşamda ciddi dəyişikliklərə səbəb ola
bilər.
Ulduzlar belə situasiyanı müəyyənləşdiriblər. Emosiyalarınıza hakim
olun.
Şərtlərin dəyişməsini istəməsəniz də, hazırlaşın.
Əlavə güzəşt və kompromislərə getməyiniz, əlavə iş görməyiniz
gərəkdir.
Planlarınızın dəyişməsi barədə ailə üzvlərinizə açıqlama verin. İş
yerini dəyişmək və ya təhsil aldığınız yerdə reallaşdırmaq
istədiyiniz əməllə bağlı yaxşı düşünün. Niyyətinizi
gerçəkləşdirməyə tələsməyin.
Dünən gecə gördüyünüz yuxunu anlamağa çalışın, məsləhətlərə qulaq
asın.
Milli.az