ATV-nin cazibədar aparıcısı Afaq Gəncəli çəkildiyi filmin imza gününə qatılıb. Son vaxtlar özünü həm də aktrisa kimi sınayan aparıcı şəxsi həyatından danışıb.

Metbuat.az yeniçağ-a istinadən xəbər verir ki, Afaq hələ qəlbini fəth edən insanın olmadığını bildirib:

“Hələ ki, qəlbimi fəth edən biri yoxdur. Olsa, nə xoş mənə. Onu da deyim ki, heç bir kişinin sevgilisi olmaram, yalnız sevdiyi qadın ola bilərəm”.

Afaq yarızarafat-yarıgerçək “Kim deyir ki, yoxdu?” deyərək fikrini belə tamamlayıb: “Yəni kiminsə həyatında ikinci olmaram, yalnız birinci ola bilərəm. Kiminsə sevgilisi olan qadınlara da münasibətim normaldır, şəxsi işləridir, özləri bilər. Hər kəsə hörmətlə yanaşıram”.

Messidən növbəti - REKORD - Oxumaq üçün tıkla