Uelsdə qəribə hadisə baş verib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Birləşmiş Krallıqda, Bridgenddəki həbsxananın 25 yaşlı nəzarətçisi Shauna Cleary 22 yaşlı məhkum Kurt Jarman-a aşiq olub.
O, məhkuma telefon verib və onunla daima əlaqədə olub.
Onların münasibətləri aşkara çıxdıqdan sonra Şana saxlanılıb. Onun mobil telefonu və notebook-u əlindən alınıb.
Qeyd edək ki, Jarman 77 yaşlı kişini vəhşicəsinə döyüb, işgəncə verdiyinə görə 10 il müddətinə həbs cəzası alıb.
Emin
Milli.Az