İstanbulda polis 1 may Əmək bayramı münasibətilə yürüş keçirmək istəyən qrupun qarşısını alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qrup müxtəlif şüarlar səsləndirərək Taksim meydanına daxil olmağa çalışıb.

Hazırda Taksim meydanı bağlanıb, meydana yalnız turistlərin buraxıldığı bildirilir.

Şəhərdə həmçinin təhlükəsizlik tədbirləri gücləndirilib.

Milli.Az