Qüdsdə İsrail polisinin Milli qərargahının yaxınlığında naməlum şəxs avtomobili polislərin üzərinə sürməyə cəhd edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail polisinin Twitter səhifəsində paylaşılan məlumatda deyilir.

Məlumatda deyilir: "Bir müddət əvvəl İsrail polisinin Milli qərargahının yaxınlığında avtomobili polislərin üzərinə sürmək cəhdi olub. Xəsarət alan yoxdur".

Hazırda sürücünün axtarışları aparılır.

Milli.Az