Xalq artisti Ceyran Haşımova tək yaşadığı evinin qapısını "Evdəkilərə salam" kollektivinin üzünə açıb.
Milli.Az xəbər verir ki, 84 yaşlı xanım sənətkar tez-tez səhhətində yaranan problemlə (təzyiq) bağlı bu görüşün xeyli gecikdiyini qeyd edib.
Ceyran xanım evində tək yaşadığını, lakin çox zaman yaxınlarının onun yanında qaldığını sözlərinə əlavə edib:
"Tək qalıram bu evdə. Amma gəlinim, oğlum, nəvələrim gəlir. Mən tək yaşamağa adət etməmişəm. Özümü çox pis hiss edirəm".
Xatırladaq ki, məşhur "Rast" qrupunun rəhbəri, əməkdar artist Rəşad Haşımov Ceyran Haşımovanın övladıdır.
Qeyd edək ki, xalq artisti 1964-cü ildə məşhur "Lalə Qızlar Ansamblı"nı yaradıb. Ansambl Təranə Vəlizadə, Nisə Qasımova, Nəzakət Məmmədova, Kəmalə Rəhimova, Firuzə İbadova, Rühəngiz Allahverdiyeva, Zöhrə Abdullayeva, Rəhilə Bəndəliyeva, Yaqut Abdullayeva və başqa xanım sənətkarları Azərbaycan ifaçılıq sənətinə bəxş edib.
Təhməz Təkin
Milli.Az