​Tünzalə Ağayeva həmkarını hədələdi: “Sənin ağzından çıxanı qulağın eşidirmi?”

Əməkdar artist Tünzalə Ağayeva müğənni Nuraya cavab verib.

Metbuat.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişinin keçən sayında müğənni Nura həmkarı haqqında “Səsi güclüdür deyə özünü hər kəsdən üstün görür" demişdi.Tünzalə Ağayeva isə, onu həmkar saymadığını deyib və fikirinə belə münasibət bildirib:

"Dediyi sözün anlamının fərqindədirmi? Sənin ağzından çıxanı qulağın eşidirmi? Bu müzakirə ediləcək şeylər deyil. Sadəcə gülünəcək və üzüləcək haldır. Mən həmkar o adamı sayaram ki, işində, sözündə, kəlməsində, həyat tərzində keyfiyyətləri ola. Orda böyük fərq var. Adam dediyi ilə eşitdiyi fərqlidir. Bu insanın iç boşluğundan, narahat həyat tərzindən xəbər verir. Qeyri yerlərdə olan “musiqiçilərə” və “ifaçılara” vaxt ayırmıram."


Aysel transparan libası ilə göz qamaşdırdı - FOTOLAR + VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR