Müğənni Rəqsanənin etirafı hər kəsi heyrətləndirib.

Metbuat.az xəbər verir ki, Rəqsanə İsmayılova ötən gün Xəzər TV-də yayımlanan "5/5" verilişinin qonağı olub. Zaur Kamal ona bir çox suallar verib. O, Rəqsanədən iki məşhur müğənni Damla və Xatunun Rusiyaya getməmələrini qadağan etdirib-etdirməməsi barəsində də soruşub.

Rəqsanə "Balalarımın canına and olsun ki, bu işdən xəbərim yoxdur" deyib.

Ancaq axşam.az-ın efir arxası paylaşdığı videoda müğənni Rəqsanə Moskva merinin adamı olduğunu, Damlanın Rusiyaya girişinə qadağa qoydurduğunu bildirib. Bir neçə qadağan olunası müğənnilərin olduğunu da vurğulyıb.

Qızı Aysun isə aranı sakitləşdirmək üçün anasının zarafat etdiyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl müğənni Xatun da Rəqsanənin ona Moskva toylarına getməyə qadağa qoydurduğunu söyləmişdi.





Rəqsanə Zaur Kamalın sualına hirslənərək - canlı yayımda qışqırdı/ VİDEO - Oxumaq üçün tıkla