Müğənni Mənzurə ailəsindən özü boşandığını bildirib.
Metbuat.az xəbər verir ki, ARB TV-nin “Səhər-Səhər” efirinin qonaqlarında biri də müğənni Mənzurə Musayeva olub. Söhbət əsnasında aparıcı onun ailəcanlı olduğu görüb boşanmasının səbəbini soruşub. Müğənni ailəsindən uşağı olmadığı üçün ayrıldığını bildirib:
“ Gördüm ki, uşağımız olmur. Dedim ayrılaq, bəlkə gələcəkdə sənin uşağın olar. Ancaq sonralar yenidən barışmağımızı istəyib, razı olmamışam. Prorav işləyirdi, yaxşı da maaş alırdı.”
| Zaur Kamal Rəqsanə ilə olan verilişdən sonra baş verənlərdən... - VİDEO - Oxumaq üçün tıkla |