Futbol üzrə Braziliya yığmasının müdafiəçisi Dani Alves iyunda Rusiyada start götürən dünya çempionatında iştirak edə bilməyəcək.
APA-nın xəbərinə görə, bu barədə Braziliya yığmasının mətbuat xidmətindən bildirilib.
“Tibbi müayinə Dani Alvesin dünya çempionatında iştirak edə bilməyəcəyini təsdiqləyib”, məlumatda deyilir.
“PSJ” klubunun şərəfini qoruyan 35 yaşlı futbolçu Fransa Kubokunun final matçında zədələnib.
Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində Braziliya yığması İsveçrə, Kosta-Rika və Serbiya ilə görüşəcək.