Ermənistanın yeni baş naziri məlum oldu. Yeni baş nazir bu posta seçilməsindən bir gün sonra Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib. Ermənistan ilkin şərtlərsiz Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına hazır olduğunu bəyan edib. Ankara Paşinyanın bəyanatına cavab verib. Mayın 7-də Rusiyanın seçilmiş prezidenti Vladimir Putinin inaqurasiya mərasimi keçirilib. İsrail və İran arasında birbaşa hərbi qarşıdurma təhlükəsi hər keçən gün artır. İran İsraili Tel-Əviv və Hayfanı məhv etməklə hədələyib. ABŞ prezidenti İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxmaq barədə qərar qəbul edib. Tramp nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxışdan sonra İranla “daha yaxşı saziş” bağlamaq istədiyini bildirib. Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın görüşünün yeri və tarixi açıqlanıb.

Azərbaycan, Dağlıq Qarabağ

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da helikopterlə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib.

İnanılmaz Qarabağ MESAJI, Azərbaycana qarşı MÜHARİBƏ PLANI… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Paşinyan Şuşaya gəldi - YENİLƏNİR