Fatma Muhammed Osman adlı 54 yaşlı fizki qüsurlu dilənçi təxminən 15 ildir Beyrutun Əl-Basta, Əl- Fuka bölgəsində tərk edilmiş bir məkanı özünə məskən etmişdi.

Metbuat.az xəbər verir ki, ötən gün Fatma Muhammed ona yardım əli uzadan məhəllə sakinləri tərəfindən yatağında ölmüş halda tapılıb.

Polislərin etdiyi araşdırmalar nəticəsində illərdir dilənçilik edən qadının ev kimi istifadə etdiyi məkanda 4 min dollar pul tapılıb. Bununla yanaşı bank hesablarında 5. 5 milyon dollar olduğu məlum olub.

Lübnanda 6 mayda keçirilən parlament seçkilərindən sonra “dünyanın ən varlı dilənçisi” olaraq gündəmə gələn Fatma İsrailin Lübnanı işğal etdiyi 1982- ci ildən bəri eyni məhəllədə yaşayırdı.

Fatmanı hər gün öz avtomobili ilə bazardan ev olaraq istifadə etdiyi məkana aparan Mustafa Han “ Bu qədər zəngin bir qadına kömək etdiyim ağlımın ucundan da keçməzdi” deyib.

Dünyanın ən varlı dilənçisi

Dünyanın ən varlı dilənçisi

Dünyanın ən varlı dilənçisi

https://metbuat.az/news/954746/qeribe-canlinin-sir...