“Şahdəniz” konsorsiumu Bolqarıstana qaz tədarükünü

BP şirkətinin rəhbərlik etdiyi “Şahdəniz” yatağının işlənməsi üzrə konsorsium Bolqarıstana ilk qaz tədarükünün 2020-ci ildə başlayacağını bildirib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstan Energetika Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, Bolqarıstanın energetika naziri Temenujka Petkova ilə görüş zamanı konsorsium nümayəndələri bildirib ki, “Şahdəniz-2” layihəsi çərçivəsində hasilatın başlaması üzrə işlər sürətləndirilib:

“Onlar əmin olduqlarını bildirdilər ki, Bolqarıstan Azərbaycandan ilk təbii qaz partiyasını 2020-ci ildə alacaq. Azərbaycan regionda enerji təhlükəsizliyinin təmin olunması üzrə tədbirlərdə Bolqarıstanı dəstəkləyir”.

T.Petkova öz növbəsində əlavə edib ki, son aylarda Yunanıstan-Bolqarıstan interkonnektorunun yaradılması layihəsi üzrə işlər intensivləşib.

Bakıda kafedə DƏHŞƏTLİ PARTLAYIŞ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR