Çexiyada 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yerli vaxtla saat 23:04-də qeydə alınan yeraltı təkanların episentri paytaxt Praqadan 158 km qərbdə, ocağı 2 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.