200 manat ölkədə İNFLYASİYA yarada bilər?

Mərkəzi Bank yeni 200 manatlıq pul əskinaslarını dövriyyəyə buraxacaq.

Bildiyimiz qədərilə, dövriyyəyə yüksək nominallı valyuta çıxan zaman digər kiçik əskinaslar dəyərdən düşür. Bu, növbəti inflyasiyaya səbəb ola bilərmi? Ümumiyyətlə, iri nominallı əskinasın dövriyyə buraxılmasının hansı müsbət və mənfi tərəfləri var?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki, hazırki situsiyda isə 200 manatlıq nominalların dövriyyəyə buraxılması inflyasiyaya çox da təsir etməyəcək:

“Böyük nominallı valyutalar xırda nominallı valyutalar kəskin dəyərdən düşüb, ödənişlə bağlı problem yaradan zaman dövriyyəyə buraxılır. Böyük əskinaslar daha çox ödəniş imkanlarını rahatlaşdırmaq üçün buraxılır. Ölkədə yeni əskinasların emissiyasına təsir edən faktorlar inflyasiya, faiz dərəcəsi, dollalaşma prosesi, ATM və POS terminallarla aparılan qeyri nəğd ödənişlərin səviyyəsi və iqtisadiyyatın böyümə məsələsidir.

Azərbaycanda inflyasiya son dövrlər yüksəkdir. Manat yığım vasitəsi kimi çox istifadə olunmur. İnflyasiya olan dönəmlərdə insanlar nağd valyutanı əllərində saxlamır, daha çox digər maliyə aktivlərinə investisiya edirlər. Dollarlaşma prosesi olan ölkələrdə milli valyutanın ehtiyac ciddi həcmdə azalır. Milli valyutaya ödəniş kimi ehtiyac azaldığından böyük nominallı yeni emissiyaya ehtiyac olmur.


Son illər kart və postterminallar (ATM) üzərindən ödənişlərin aparılmasının stimullaşdırılması üçün bir sıra tədbirlər görülür. Gördüyümüz qədərilə, rəqəmlər müsbətə doğru gedir. Belə olan halda nağd milli pula ehtiyac az olur. Elektronlaşma yüksəldikcə cibdə gəzdirilən pula ehtiyac azalır. Məsələyə pul aspekti siyasətindən baxsaq, Mərkəzi Bank Azərbaycanda hələ ki, sərt pul politakısı həyata keçirir və hər həftə bazardan yarım milyarda yaxın pul yığır. Əslində, Mərkəzi Bank sərt politikanı izlədiyi zaman dövriyyədəki nağd pula ehtiyac azalır. Hazırda 200 manatlıq əskinasların buraxılması qərarı verilib, dövriyyəyə çıxacaq. Dediyim kimi, hər halda Mərkəzi Bankın bizim yanaşmamızdan fəqli baxışı var. Yaxın müddətdə, ən azı 1 il üçün maliyyə politiklarındakı olbiləcək dəyişikliklər ehtimalı yarana bilər. Ona görə də daha böyük nominallı milli valyutanı buraxmağa ehtiyac duyublar.

Cəmiyyətdə belə bir müzakirə gəzir ki, bu qərar qiymətlərin qalxmasına və inflyasiyanin armasına təsir edəcək. Böyük nominallı pullar dövriyyəyə gələn kimi cəmiyyətdə inflyasiyanın sürətlənməsi ilə bağlı fikirlər formalaşır. Hazırki situsiyda isə 200 manatlıq nominalların dövriyyəyə buraxılması inflyasiyaya çox da təsir etməyəcək. Hazırda inflyasiyanın tənzimlənməsi üçün digər faktorlar daha güçlüdür”.

İqtisadçı Vüqar Bayramov qeyd edib ki, rəsmi açıqlamalara görə, yeni əskinaslar tədavül prosesinin asanlaşmasına və yığımların optimallaşdırılmasına səbəb olacaq. Bunlarla yanaşı, iri nominallı əskinasın dövriyyəyə buraxılmasının bir sıra çatışmazlıqları var:

“Aydındır ki, ölkəmiz bu məsələdə 500 avro əskinası olan Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq bizimlə müqayəsədə xeyili yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır. Birləşmiş Ştatlarda xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əskinaslardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi əskinasların üzərində rəqəmləri artırmağa tələsmir.

Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq. Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əskinaslar inflyasiya yaradıcı faktorları gücləndirəcək.

Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əskinasların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əskinasların sayını artırması daha məqsədəuyğun olardı”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Xarici valyutaların manata qarşı - Məzənnələri – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR