Bu gün Çex Respublikası Qüds şəhərində fəxri konsulluq açıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, məlumatı Praqanın "Mlada fronta Dnes" qəzeti yayıb.
Ölkənin Qüdsdə fəxri konsulu vəzifəsinə çex əsilli israilli sahibkar Dan Propper təyin edilib.
Nəşr qeyd edir ki, Qüdsdə fəxri konsulluğun açılması, əsasən, iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.