Prezident İlham Əliyev Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən Azərbaycan mülki aviasiyasının 80 illiyi ilə əlaqədar olaraq, aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Əliyev Səyad Sabir oğlu
“Tərəqqi” medalı ilə
Abdullayev Nadir Əbülfəz oğlu
Bağırov Samir Anaydın oğlu
Buzarov Valeriy Vlasoviç
Əhmədova Gülnarə Telman qızı
Həzərxanov Ənvər Tapdıq oğlu
Hüseynov Ağaşükür Əlihüseyn oğlu
Xudaverdiyev Tofiq Ağaxan oğlu
Qəhrəmanov Əhəd İbrahim oğlu
Mehdiyev Rüfət Abdurəhman oğlu
Məcidova Ədilə Məmməd qızı
Məhərrəmov Şahmur Vaqub oğlu
Nəsirov Çodar Nəsrəddin oğlu
Rəhimov Bağır Tağı oğlu
Səmədov Məmmədəli Həmid oğlu
Şükürov İlham Sabir oğlu
Vəliyev Nizami Hilal oğlu.
Bundan başqa Prezident İlham Əliyev Raqub Səmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzlayıb. Sərəncamla Mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Raqub Baxdı oğlu Səmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.